Şriftin ölçüsü :

Saytın rəngi :

Yevlaxda İxrac Neft və Qaz boru kəmərlərinin təhlükəsizliyi üzrə komissiyanın iclası keçirilib

11 oktyabr 2023 | 11:47
Yevlaxda İxrac Neft və Qaz boru kəmərlərinin təhlükəsizliyi üzrə komissiyanın iclası keçirilib
Yevlax Şəhər İcra Hakimiyyəti Başçısı yanında yaradılmış İxrac Neft və Qaz boru kəmərlərinin təhlükəsizliyi üzrə komissiya Yevlax rayonu ərazisindən keçən kəmərlərin təhlükəsizliyinin qorunmasını qarşısına prioritet vəzifə kimi qoymuşdur. Bu məqsədlə yaradılmış İxrac Neft və Qaz boru kəmərlərinin təhlükəsizliyi üzrə komissiyanın iclası keçirilib. İclasda Yevlax Şəhər İcra Hakimiyyəti Başçısının birinci müavini, Komissiyanın sədri Xaliq Əliyev və İxrac Neft və Qaz boru kəmərlərinin təhlükəsizliyi üzrə komissiyanın üzvləri iştirak ediblər.
Yevlax Şəhər İcra Hakimiyyəti Başçısının birinci müavini, Komissiyanın sədri Xaliq Əliyev geniş məruzə ilə çıxış edərək bildirib ki, ötən dövr ərzində ixrac neft və qaz boru kəmərlərinin rayon ərazisindən keçən hissəsinin etibarlı mühafizəsi ilə əlaqədar hər hansı bir xoşagəlməz hadisə baş verməmişdir. Bunu ixrac neft və qaz boru kəmərlərinin marşrutu boyunca yerləşən yaşayış məntəqələrində əhali ilə müvafiq Komissiya üzvlərinin mütəmadi görüşlərinin müsbət nəticəsi kimi qiymətləndirmək olar.
Strateji Obyektlərin Mühafizə Dövlət Agentliyinin Yevlax regional idarəsinin rəisi Tofiq Hüseynov, Komissiyanın digər üzvləri vurğulayıblar ki, İxrac Neft və Qaz boru kəmərlərinin təhlükəsizliyi Azərbaycan Respublikasının digər ərazilərində olduğu kimi, Yevlax rayonu ərazisində də yüksək səviyyədə qorunur, Komissiyanın apardıqları iş nəticəsində kəmərboyu ərazilərin əhalisi yaşadığı yerdən keçən boru xətləri barədə lazımı biliklərə malikdir. Hər bir rayon sakini bilir ki, kəmərlərin təhlükəsizliyinin təmin edilməsində onların üzərinə də müəyyən vəzifələr düşür.
Keçidlər