Şriftin ölçüsü :

Saytın rəngi :

Yevlaxda intellektual yarış keçirilmişdir

23 iyul 2025 | 16:10
Yevlaxda intellektual yarış keçirilmişdir
Yevlax Şəhər İcra Hakimiyyəti və Yevlax rayonu üzrə Gənclər və İdman Sektorunun təşkilatçılığı ilə Gənclərin İnkişaf və Karyera Mərkəzi Yevlax Gənclər Məkanında “Konstitusiya və suverenlik ili'' çərçivəsində intellektual yarış keçirilmişdir.
İntellektual yarışda Yevlax Şəhər İcra Hakimiyyəti Başçısının müavini-İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Elnarə Əzizova, Yevlax rayonu üzrə Gənclər və İdman Sektorunun, “Yevlax Gənclər evi” Sosial Xidmət Müəssisəsinin, Gənclərin İnkişaf və Karyera Mərkəzi Aran Regional nümayəndəliyinin əməkdaşları, təhsil, mədəniyyət işçiləri və gənclər iştirak etmişdir.
2 mərhələdən ibarət olan intellektual yarışda hər mərhələ üzrə 10 sual səsləndirilib. Maraqlı mübarizə şəraitində bilik yarışının sonunda 10 komanda arasında yüksək xal toplayan “Zəfər” komandası I yerə, “Penta” komandası II yerə, “İttihad” komandası isə III yerə layiq görülüb.
Sonda Şəhər İcra Hakimiyyəti tərəfindən yarışın qalibi olan komanda kubok və diplomla, II və III yerin qalibi komandalar isə diplomlarla təltif olunublar.
Keçidlər