Yevlaxda “İnsan hüquqları aylığı” ilə bağlı maarifləndirici tədbir keçirilmişdir
30 may 2025 | 15:08
Yevlaxda “İnsan hüquqları aylığı” ilə bağlı maarifləndirici tədbir keçirilmişdir
Yevlax Şəhər İcra Hakimiyyətinin və Səfərbərlik və Hərbi Xidmətə çağırış üzrə Dövlət Xidmətinin Yevlax rayon şöbəsinin birgə təşkilatçılığı ilə “İnsan hüquqları” aylığı çərçivəsində tədbir keçirilmişdir. Yevlax şəhər 3 saylı tam orta məktəbdə keçirilən tədbirdə Yevlax Şəhər İcra Hakimiyyəti Başçısı aparatının Hüquq şöbəsinin məsləhətçisi Nurlan Süleymanov, Səfərbərlik və Hərbi Xidmətə çağırış üzrə Dövlət Xidmətinin Yevlax rayon şöbəsinin əməkdaşları və məktəbin şagirdləri iştirak etmişdir.
Yevlax Şəhər İcra Hakimiyyəti Başçısı aparatının Hüquq şöbəsinin məsləhətçisi Nurlan Süleymanov çıxış edərək Ulu Öndər Heydər Əliyevin müəllifi olduğu Azərbaycan Respublikasının Konstitusiyasında insan hüquq və azadlıqlarına verilən dəyərin aliliyi barədə tədbir iştirakçılarına məlumat verdi. O, bildirmişdir ki, Ümummilli Lider Heydər Əliyev tərəfindən 1998-ci il 18 iyun tarixində "İnsan hüquqlarının müdafiəsinə dair Dövlət Proqramı"nın təsdiq olunduğunu nəzərə alan ölkə Prezidenti cənab İlham Əliyevin 2007-ci il 18 iyun tarixli Sərəncamına əsasən, hər il 18 iyun tarixi Milli İnsan Hüquqları Günü kimi qeyd edilir.
Daha sonra çıxış edənlər hər bir şəxsin öz hüquq və azadlıqlarını bilməsinin vacibliyi, bu istiqamətdə görülən işlər haqqında danışaraq bildiriblər ki, bu cür tədbirlər insan hüquqlarının təşviqinə və müdafiəsinə böyük töhfə verir, həmçinin hüquq pozuntularına qarşı cəmiyyətin həssaslığını artırır.
Sonda iştirakçıları maraqlandıran suallar cavablandırılmışdır.