Şriftin ölçüsü :

Saytın rəngi :

Yevlaxda immunlaşdırma həftəsi çərçivəsində maarifləndirici görüş keçirilmişdir

26 aprel 2023 | 19:44
Yevlax şəhərində Yevlax Şəhər İcra Hakimiyyətinin dəstəyi Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi, Ümumdünya Səhiyyə Təşkilatı, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi, UNİCEF və TƏBİB-in birgə təşkilatçılığı ilə immunlaşdırma həftəsi çərçivəsində maarifləndirici görüş keçirilmişdir.
Görüşdə Yevlax Şəhər İcra Hakimiyyəti Başçısının müavini-İctimai siyasi və humanitar məsələlər şöbəsinin müdiri Elnarə Əzizova, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin nümayəndəsi Vahid Əliyev, TƏBİB-in nümayəndəsi Ramil Bürcəliyev, Ümumdünya Səhiyyə Təşkilatının nümayəndələri Sevinc Həsənova, ATU-nun I Uşaq Xəstəlikləri Kafedrasının dosenti Nigar Bayramova, Yevlax rayon Mərkəzi Xəstəxanası Publik Hüquqi Şəxsinin direktoru Fazil İsmayılov, uşaqlar, valideyinləri və media nümayəndələri iştirak etmişlər.
Görüş zamanı valideynlərə uşaqların vaxtında peyvənd olunmasının, peyvəndlə qarşısı alınan xəstəliklərə qarşı immunizasiyanın əhəmiyyəti haqqında geniş məlumat verildikdən sonra əlliyə yaxın peyvəndləmədən kənarda qalan uşaqlar yerindəcə peyvənd olunub.
Keçidlər