Şriftin ölçüsü :

Saytın rəngi :

Yevlaxda idmanın yüngül atletika növü üzrə rayon birinciliyi keçirilib

23 mart 2023 | 17:32
Yevlaxda idmanın yüngül atletika növü üzrə rayon birinciliyi keçirilib
Yevlax Şəhər İcra Hakimiyyətinin tövsiyəsi ilə Yevlax Şəhər Gənclər və İdman İdarəsinin tərəfindən “Heydər Əliyev İli” çərçivəsində idmanın yüngül atletika növü üzrə rayon birinciliyi keçirilib. Yarışın keçirilməsində əsas məqsəd yüngül atletika idman növünün inkişaf etdirilməsi, yeniyetmə və gənclərin bu idman növünə cəlb edilməsindən ibarətdir.
Yarış yüngül atletikanın - estafet, 100 metr (maneəsiz) məsafələrə qaçış, dartınma və uzunluğa tullanma növləri üzrə 2006-2010-cu il, 2011-2015-ci il yaş aralığında olan yeniyetmə və gənc oğlanlar arasında təşkil olunub.
Yarışda fərqlənənlər diplomlarla təltif olunublar.
Keçidlər