Yevlaxda İcra Hakimiyyətinin Başçısı və Rayondan seçilmiş Deputat birlikdə vətəndaş qəbulu keçirdi
Yevlax Şəhər İcra Hakimiyyətinin Başçısı Anar Tağıyev və 48 saylı Yevlax Seçki Dairəsi üzrə Milli Məclisin deputatı İlham Məmmədov Şəhər İcra Hakimiyyətinin inzibati binasında vətəndaşları qəbul ediblər.
Qəbul zamanı hər bir vətəndaşın müraciəti ayrı-ayrılıqda diqqətlə dinlənildi. Səsləndirilən bütün müraciətlər qanuna müvafiq qaydada həll olunması məqsədi ilə qeydiyyata alınaraq nəzarətə götürülüb. İcra hakimiyyətinin və Milli Məclisin deputatının səlahiyyətlərinə aid müraciətlər qanun çərçivəsində həll olunub, bəzi müraciətlərlə bağlı isə vətəndaşlara müvafiq izahatlar verildi. Qəbulda vətəndaşlar İcra Başçısı və deputata müxtəlif mövzularda müraciətlər etdilər. Müraciətlərlə bağlı sakinlərə ətraflı izahatlar verildi
Qəbulda müraciət edən vətəndaşlar onlara yaradılan şəraitə, əhalinin sosial rifah halının yüksəldilməsinə göstərilən diqqət və qayğıya görə möhtərəm Prezidentimiz, Müzəffər Ali Baş Komandan Cənab İlham Əliyevə və Birinci Vitse-Prezident hörmətli Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildirdilər.