Şriftin ölçüsü :

Saytın rəngi :

Yevlaxda İcra Başçısı növbəti səyyar qəbul keçirdi

16 mart 2023 | 13:38
 
Vətəndaş müraciətlərinə həssaslıqla baxılması və qaldırılan məsələlərin diqqətlə araşdırılıb həllinə nail olunması ilə bağlı Ölkə Prezidentinin qarşıya qoyduğu vəzifələr Yevlax Şəhər İcra Hakimiyyəti Başçısının gündəlik fəaliyyətinin əsasını təşkil edir. İcra Başçısının və aparatın rəhbər işçilərinin İcra Hakimiyyətinin inzibati binasında keçirdikləri şifahi qəbullarla yanaşı mövcud problemləri yerindəcə öyrənib həllini sürətləndirmək məqsədilə səyyar qəbullar da keçirilir.
Növbəti səyyar qəbul qəbul rayonun Cırdaxan kəndində keçirilib. Şəhər İcra hakimiyyəti Başçısı aparatının, hüquq-mühafizə orqanlarının, təhsil, səhiyyə, mədəniyyət idarələrinin və xidmət təşkilatlarının rəhbər işçilərinin iştirakı ilə keçən səyyar qəbul-görüşü sakinlər razılıqla qarşılayıblar. Səyyar qəbulda sakinlərin söylədikləri arzu və təkliflər həssaslıqla dinlənilib, səsləndirdikləri məsələlər məsul şəxslərin iştirakı ilə yerindəcə araşdırılaraq həlli ilə bağlı tədbirlər müəyyənləşdirilib. Həlli vaxt tələb edən məsələlər nəzarətə götürülməklə həlli ilə bağlı aidiyyəti təşkilat rəhbərlərinə müvafiq tapşırıqlar verilib.
Keçidlər