Şriftin ölçüsü :

Saytın rəngi :

Yevlaxda “Heydər Əliyev və Azərbaycan dilinin inkişafı” mövzusunda növbəti tədbir keçirilib

12 avqust 2023 | 13:20
Yevlaxda “Heydər Əliyev və Azərbaycan dilinin inkişafı” mövzusunda növbəti tədbir keçirilib
"Heydər Əliyev ili" çərçivəsində “Heydər Əliyev və Azərbaycan dilinin inkişafı” mövzusunda keçirilən tədbirdə Yevlax Şəhər İcra Hakimiyyəti Başçısının müavini, İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Elnarə Əzizova, YAP Yevlax rayon təşkilatının sədri Rafiq Əliyev, rayonda fəaliyyət göstərən idarə, müəssisə, təşkilatların və ictimai birliklərin rəhbərləri, ictimaiyyət nümayəndələri, təhsil, səhiyyə, mədəniyyət işçiləri və gənclər iştirak ediblər.
YAP Yevlax rayon təşkilatının inzibati binasında keçirilən tədbirdə əvvəlcə Dövlət Himni səsləndirilib.
Müasir müstəqil Azərbaycanın qurucusu Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın bütövlüyü uğrunda canlarını fəda etmiş qəhrəman Şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə giriş nitqi ilə çıxış edən Yevlax Şəhər İcra Hakimiyyəti Başçısının müavini, İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Elnarə Əzizova Ulu Öndər Heydər Əliyevin müdrik siyasətindən və mənalı ömür yolundan geniş bəhs edərək, vurğulayıb ki, Azərbaycanın tarixini, mədəniyyətini, ədəbiyyatını, milli-mənəvi sərvətlərini sevən və onu bütün təhlükələrdən qoruyan, xüsusilə öz doğma Ana dilini hər şeydən üstün tutan, ona hörmətlə yanaşan Ümummilli Lider Heydər Əliyev bu cür vətənpərvər ruhu və milli düşüncəsi ilə hər kəsə örnək olmuşdur. Hələ 1969-1982-ci illərdə sovet Azərbaycanına rəhbərlik edən Ulu Öndərimiz bir çox ziyalıların cəsarət etmədiyi halda, müxtəlif tədbirlərdə Azərbaycan dilində çıxış etməklə dilimizə verdiyi dəyəri göstərdi. O, həmçinin, rusdilli məktəblərdə Azərbaycan dilində dərsliklərin daha çox istifadəsinə dair göstərişlər də vermişdi. Bunlarla kifayətlənməyən dahi Öndərimiz 1978-ci ildə tarixi bir uğura imza atdı. Belə ki, həmin ildə qəbul olunan Azərbaycan SSR-in növbəti Konstitusiyasında ilk dəfə olaraq, rus dili ilə yanaşı, Azərbaycan dili rəsmi dil statusu əldə etdi. Eləcə də 1980-ci illərin sonu, 90-cı illərin əvvəllərində Azərbaycanda milli azadlıq hərəkatının gedişində Ana dilinin ictimai-siyasi nüfuzunun güclənməsi də Ulu Öndər Heydər Əliyevin vaxtilə yürütdüyü siyasətin bilavasitə nəticəsi idi. Qeyd edilib ki, bu gün dahi Liderimizin müdrik siyasət kursu Ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən peşəkarlıqla davam etdirilir. Dövlətimizin Başçısı bütün sahələrə olduğu kimi bu gün Ana dilimizə də xüsusi diqqət və qayğı göstərir ki, bu istiqamətdə verilən Sərəncamlar və Fərmanlar da məhz milli-mənəvi dəyərlərimizə olan böyük sevginin bariz nümunəsidir.
Tədbir çərçivəsində Ümummilli Lider Heydər Əliyevin Azərbaycan dilinin inkişafına verdiyi böyük töhfədən və dil siyasətindən bəhs edən videoçarx nümayiş etdirilib.
Tədbirdə çıxış edən YAP Yevlax rayon təşkilatının sədri Rafiq Əliyev bildirdi ki, Azərbaycan dili bizim milli sərvətimizdir. Onun yad təsirlərə məruz qalmasına göz yummaq millətin mədəniyyətinin, nəticədə özünün tənəzzülünə səbəb ola bilər. Ölkənin bir təbii sərvəti tükənərsə, başqa təbii sərvətlərdən istifadə etmək olar. Ana dilimiz iflasa uğrayarsa onu bərpa etmək həlli çətin olan problemə çevrilər.
Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin respublikaya rəhbərlik etdiyi dövrlərdə Azərbaycan dilinin hərtərəfli inkişafına qayğı və diqqəti onun milli siyasətinin başlıca qayəsi olmuşdur.Ulu Öndər Heydər Əliyev Azərbaycan dilinin tarixi inkişafına xüsusi diqqət yetirmiş, dilimizin öyrənilməsinin və hər bir azərbaycanlının öz dilinin, xalqının tarixini bilməsini vətəndaşlıq borcu hesab etmişdir. Vurğulanıb ki, bu gün möhtərəm Prezidentimiz cənab İlham Əliyevin apardığı müdrik siyasət nəticəsində ölkəmizdə olan bütün sferalara, xüsusilə milli-mənəvi dəyərlərimizə və sərvətlərimizə xüsusi diqqət və qayğı göstərilir.
Daha sonra tədbirdə çıxış edənlər təqüddə olan polis mayoru, yazıçı-publisist Bəhmən Gülövşəli, 4 nömrəli tam orta məktəbin Azərbaycan dili və ədəbiyyatı müəllilimi, əməkdar müəllim Aybəniz Qurbanova, Vətən müharibəsi iştirakçısı, yazıçı jurnalist “Azərbaycan Respublikası Milli Qəhrəmanlarını Tanıtma” İctimai Birliyininnin sədr müavini Natiq Əlisoy və Mingəçevir Dövlət Unversitetinin magistri, Şəhər Bələdiyyəsinin əməkdaşı Zamiq İsgəndərov vurğulayıblar ki, dilin zaman-zaman hərtərəfli inkişaf etməsi və zənginləşib dolğunlaşması, tarixi şəxsiyyətlərin, qüdrətli dövlət başçılarının adı ilə də sıx bağlıdır. Ümummili lider Heydər Əliyev belə tarixi şəxsiyyət idi.
Müstəqil Azərbaycan Respublikasının 1995-ci il noyabrın 12-də qəbul olunmuş Konstitusiyasında Azərbaycan dili dövlət dili kimi qəbul edilmişdir.
“Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi” haqqında Azərbaycan Respublikası prezidentinin 2001-ci il 18 iyun tarixli fərmanı və Nazirlər Kabinetinin 25 iyun 2001-ci il tarixli 113 saylı Sərəncamı ölkənin təhsil sistemində dövlət dilinin – Azərbaycan dilinin tədrisi və latın qrafikasının tətbiqi sahəsində icra üçün direktiv hüquqlu normativ sənəd kimi qəbul edilmişdir. Diqqətə çatdırılıb ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev dahi rəhbərin dil siyasətini də uğurlu davam etdirir, Dövlət Dil Komissiyasının rəhbəri kimi dilimizə dövlət səviyyəsində diqqət və qayğı göstərilir.
Sonda tədbir iştirakçılarının mövzu əsasında fikir mübadiləsi aparılıb.
Keçidlər