Şriftin ölçüsü :

Saytın rəngi :

Yevlaxda “Heydər Əliyev İli”nə həsr edilmiş Yevlax rayonunun kənd bələdiyyələri arasında futbol üzrə rayon turniri start götürdü

19 may 2023 | 12:10

Yevlax Şəhər İcra Hakimiyyəti və Yevlax Şəhər Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə “Heydər Əliyev İli”nə həsr edilmiş futbol  turniri start götürüb.

Açılış mərasimində Ümummilli Lider Heydər Əliyevin və Vətən uğrunda şəhadətə yüksələn şəhidlərimizin əziz xatirəsi yad edilib. Açılış mərasiminə həsr edilmiş tədbirdə çıxış edənlər yarış iştirakçılarını və azarkeşləri salamlayaraq turnirin mahiyyətindən bəhs açmış, yarışan komandalara uğurlar arzulamışlar. Daha sonra Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Turnirin rəsmi hissəsi bitdikdən sonra ilk mərhələdə qarşılaşacaq komandalar meydana dəvət olunub. Oyunun qaydaları komanda üzvlərinə izah olunduqdan sonra yarışa start verilib.

Gərgin mübarizə fonunda keçən ilk yarış günü maraqlı oyunlarla yadda qaldı. Belə ki, “Yaldili” -“Ərəbbəsrə” qarşılaşmasında “Ərəbbəsrə” komandası 4:1 hesabı ilə, “Aşağı Qarxun”-“Qoyunbinəsi” komandalarının qarşılaşmasında isə 5:0 hesabı ilə  “Aşağı Qarxun” komandası qalib gəlib.

Əlavə olaraq bildiririk ki, yarışlar ümumilikdə 17 komandadan ibarət olmaqla keçirilir. İlk 4 oyun uduzan çıxır sistemi ilə başlayacaq və yerdə qalan 9 komanda isə qrup mərhələsində mübarizəni davam etdirəcəkdir.

Keçidlər