Şriftin ölçüsü :

Saytın rəngi :

Yevlaxda "Heydər Əliyev İli" çərçivəsində uşaq-yaradıcılıq sərgisi keçirilib

01 iyul 2023 | 11:42
Yevlaxda "Heydər Əliyev İli" çərçivəsində uşaq-yaradıcılıq sərgisi keçirilib
Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin 2023-cü ilin "Heydər Əliyev İli" elan edilməsi haqqında Sərəncamının icrası ilə əlaqədar Yevlax Şəhər İcra Hakimiyyəti tərəfindən keçirilən silsilə tədbirlər davam etdirilir. Silsilə tədbirlər çərçivəsində Şəhər İcra Hakimiyyətinin tövsiyyəsi YAP Yevlax Rayon Təşkilatı, Mərkəzi Aran Regional Təhsil İdarəsinin Yevlax Şəhər Təhsil Sektoru, Gənclərin İnkişaf və Karyera Mərkəzinin Yevlax nümayəndəliyinin, Yevlax Şəhər Heydər Əliyev Mərkəzinin təşkilatçılığı "Uşaqlar bizim gələcəyimizdir" adlı uşaq-yaradıcılıq sərgisi keçirilib.
Sərgidə Xalqımızın Ümummilli Lideri Heydər Əliyevin şərəfli həyatının müxtəlif dövrlərini əks etdirən foto-sərgi nümayiş etdirilib. Həmçinin şagirdlərin əl işlərindən ibarət müxtəlif əsərlər, musiqi və rəqs kompozisiyaları nümayiş olunub.
Sərgi izləyicilər tərəfindən maraqla qarşılanıb.
Keçidlər