Şriftin ölçüsü :

Saytın rəngi :

Yevlaxda “Heydər Əliyev ili” çərçivəsində şahmat idman növü üzrə rayon birinciliyi keçirilmişdir

10 dekabr 2023 | 15:56
Yevlaxda “Heydər Əliyev ili” çərçivəsində şahmat idman növü üzrə rayon birinciliyi keçirilmişdir
Yevlaxda Xalqımızın Ümummilli Lideri Heydər Əliyevin 100 illiyi çərçivəsində keçirilən silsilə tədbirlər davam etdirilir. Silsilə tədbirlərin davamı kimi Yevlax Şəhər İcra Hakimiyyətinin dəstəyi Yevlax Şəhər Uşaq Gənclər İdman Şahmat məktəbinin təşkilatçılığı ilə şahmat idman növü üzrə rayon birinciliyi keçirilmişdir. 70-ə yaxın şahmatçının iştirak etdiyi yarışlar 4 yaş qrupu üzrə keçirilib.
8 yaş və 8 yaşdan aşağı olan şahmatçılar arasında Məmmədəli Ramal Rafət oğlu 1-ci yeri, Ağayeva Mələkxanım Elçin qızı 2-ci yeri, İsayev Ali Azad oğlu 3-cü yeri, 9 və 10 yaşlı şahmatçılar arasında Səlimli Nicat Tural oğlu 1-ci yeri, Məmmədəli Uğur Namiq oğlu 2-ci yeri, İsgəndərov Ramal Teymur oğlu 3-cü yeri, 11 və 12 yaşlı şahmatçılar arasında Səfərli Kamal Əli oğlu 1-ci yeri, Musalı Fərhad Mustafa oğlu 2-ci yeri, Həsənli Nihad Rəşad oğlu 3-cü yeri, 13 yaş və yuxarı yaşlı şahmatçılar arasında Həsənov Tuncay Teyyub oğlu 1-ci yeri, Əlibəyli Ziya Ceyhun oğlu 2-ci yeri, Cəfərli Sevdayə Fizuli qızı 3-cü yeri tutaraq yarışların qalibi olmuşlar.
Yarışların qalibləri diplomlarla mükafatlandırılmışlar.
Keçidlər