Şriftin ölçüsü :

Saytın rəngi :

Yevlaxda “Heydər Əliyev İli” çərçivəsində növbəti sərgi keçirilib

03 iyul 2023 | 14:34
Yevlax Şəhər İcra Hakimiyyəti tərəfindən “Heydər Əliyev ili” çərçivəsində silsilə tədbirlər davam etdirilir. Növbəti tədbir Yevlax Şəhər İcra Hakimiyyəti, YAP Yevlax rayon Təşkilatı, MARTİ Yevlax Şəhər Təhsil Sektoru, Gənclərin İnkişaf və Karyera Mərkəzinin Yevlax nümayəndəliyinin təşkilatçılığı ilə Qoyunbinəsi kənd tam orta məktəbində keçirilib. Tədbirdə Yevlax Şəhər İcra Hakimiyyəti başçısının müavini-İctimai siyasi və humanitar məsələlər şöbəsinin müdiri Elnarə Əzizova, YAP Yevlax rayon Təşkilatının sədri Rafiq Əliyev, Yevlax Şəhər Təhsil Sektorunun müdiri Namidə Abbasova, Gənclərin İnkişaf və Karyera Mərkəzinin Yevlax nümayəndəliyinin direktoru Elvin Əjdərli, məktəb rəhbərliyi və şagirdlər iştirak edib.
Tədbiri giriş sözü ilə Elnarə Əzizova açaraq bildirdi ki, Ümummilli Lider Heydər Əliyevin siyası fəlsəfəsinə, onun liderlik məktəbinə söykənən Möhtərəm Prezidentimiz İlham Əliyev Ulu Öndərin bu sahədəki xidmətlərini uğurla davam etdirir. Cənab İlham Əliyevin rəhbərliyi ilə respublikamızda Ümummilli Lider Heydər Əliyev tərəfindən təməli qoyulmuş ictimai-siyasi sabitlik daha da möhkəmlənmiş, vətəndaşların rifah halının getdikcə yüksəlməsinə nail olunmuş, müstəqil respublikamızın beynəlxalq nüfuzu getdikcə artmış, demokratik təsisatlar möhkəmləndirilmişdir.Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi altında ölkəmizin dinamik inkişafı, sürətli tərəqqisi, həyata keçirilən əzəmətli layihələr, Azərbaycanın hərtərəfli modernləşməsi, vətənimizi dünyaya yeni formada təqdim etməyə imkan yaradan müsbət dəyişikliklər Ulu Öndərin qoyduğu yolun davamının parlaq təzahürüdür. Dinamik sosial-iqtisadi inkişaf, ölkəmizin dünya birliyində öz yerini daha da möhkəmləndirməsi məhz Heydər Əliyevin zəngin siyasi-ictimai irsinin davam etdirilməsinin, ideyalarının yaşamasının nəticəsidir. Bu yüksəliş Heydər Əliyevin həm də uzaqgörən bir strateq olaraq müəyyən etdiyi inkişaf konsepsiyasının alternativsizliyini tam dolğunluğu ilə təsdiq edir.
Daha sonra YAP Yevlax rayon Təşkilatının sədri Rafiq Əliyev bildirdi ki, Azərbaycan xalqı dövlətimizin əldə etdiyi bütün uğurlara görə Ulu Öndər Heydər Əliyevə minnətdardır. Xalqımız Ümummilli Liderə həm də ona görə minnətdardır ki, İlham Əliyev kimi lideri bizə bəxş etdi. Çünki məhz İlham Əliyevin sayəsində bu gün Azərbaycan tarixinin ən qüdrətli dövrünü yaşayır. Bu gün bütün dünya Azərbaycana qibtə edir, uğurlarımız, qələbələrimiz heyranlıqla qarşılanır. Xüsusilə 44 günlük Vətən müharibəsindəki tarixi zəfərimiz Azərbaycanı bütün dünyaya qalib ölkə, xalqımızı isə qəhrəman xalq kimi tanıtdı.
Tədbirdə nümayiş etdirilən gənc istedadların əl işlərindən ibarət sərgi, müxtəlif rəqslər və musiqi nömrələri tədbir iştirakçılarında xoş əhval-ruhiyyə yaradıb.
Keçidlər