Şriftin ölçüsü :

Saytın rəngi :

Yevlaxda "Heydər Əliyev ili" çərçivəsində “Heydər Əliyev və Azərbaycanda ordu quruculuğu” mövzusunda silsilə tədbirlər davam etdirilib

25 iyun 2023 | 17:58
Yevlaxda "Heydər Əliyev ili" çərçivəsində “Heydər Əliyev və Azərbaycanda ordu quruculuğu” mövzusunda silsilə tədbirlər davam etdirilib
Yevlax Şəhər İcra Hakimiyyəti tərəfindən "Heydər Əliyev ili" çərçivəsində 26 iyun-Azərbaycan Respublikası Silahlı Qüvvələri Günü münasibətilə Yevlax rayonu ərazisində dislokasiya olunmuş hərbi hissələrdə “Heydər Əliyev və Azərbaycanda ordu quruculuğu” mövzusunda silsilə tədbirlər keçirilib.
Yevlax Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə keçirilən tədbirlərdə YAP Yevlax rayon təşkilatının, Şəhər Gənclər və İdman İdarəsinin, rayon Ağsaqqalar Şurasının, Mərkəzi Aran Regional Təhsil İdarəsinin Yevlax Təhsil sektorunun, Gənclərin İnkişaf və Karyera Mərkəzinin Yevlax nümayəndəliyinin məsul şəxsləri, Şəhid ailələrinin üzvləri, qazilər, müharibə veteranları və hərbi hissələrin şəxsi heyəti iştirak etmişdir.
İştirakçılar əvvəlcə Ümummilli Lider Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canlarından keçən şəhidlərin əziz xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.
Tədbirlərdə çıxış edənlər vurğulayıblar ki, Azərbaycan Ordusunun hazırkı səviyyəsi ordu quruculuğu sahəsində Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev tərəfindən müəyyənləşdirilən ordu quruculuğu siyasətinin tamamilə doğru olduğunu bir daha sübut edir. Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilən həmin siyasət indi Azərbaycan Ordusunun yalnız bölgədə deyil, bütünlükdə dünyanın ən müasir orduları arasında yer tutmasına imkan vermişdir. Qeyd edilib ki, təsadüfi deyil ki, Ulu Öndər Heydər Əliyev tərəfindən əsası qoyulmuş Azərbaycan Ordusu indi dünyanın ən güclü orduları sırasında özünə yer alıb və bu yenilməz ordu 2016-cı ilin aprelində, 2018-ci ilin mayında və 2020-ci il Vətən müharibəsində əldə etdiyi parlaq Qələbələrlə Azərbaycanın qüdrətli və sarsılmaz dövlət olduğunu bütün dünyaya sübut etdi.
Şəhər Mədəniyyət Mərkəzinin əməkdaşları hərbçilər qarşısında konsert proqramı ilə çıxış ediblər.
Tədbirlər zamanı xidmətdə fərqlənən hərbi qulluqçuların bir qrupuna Şəhər İcra Hakimiyyəti tərəfindən qiymətli hədiyələr təqdim edilib.
Keçidlər