Yevlaxda “Heydər Əliyev ili” çərçivəsində Heydər Əliyev Mərkəzinə növbəti ekskursiya təşkil olunub
20 fevral 2023 | 15:26
2023-cü il -“Heydər Əliyev İli” çərçivəsində Yevlaxda Şəhər İcra Hakimiyyəti və YAP Yevlax rayon təşkilatı tərəfindən növbəti dəfə Şəhərdəki Heydər Əliyev Mərkəzinə ekskursiyası təşkil olunub.
Ekskursiyada Yevlax Şəhər İcra Hakimiyyəti Başçısının müavini-İctimai siyasi və humanitar məsələlər şöbəsinin müdiri Elnarə Əzizova, YAP Yevlax rayon təşkilatının sədri Rafiq Əliyev, rayonun idarə müəssisələrində çalışan gənclər, gənc könüllülər iştirak ediblər.
Tədbir iştirakçıları Ulu Öndər Heydər Əliyevin həyat və fəaliyyətinin bütün dövrlərini, zəngin irsini özündə əks etdirən eksponatlarla tanış olublar.
Ekskursiya zamanı Heydər Əliyev Mərkəzinin direktoru Aygün Qasımova çıxışında Ümumilli Lider Heydər Əliyevin zəngin həyat yolundan,Azərbaycan xalqı və dövləti qarşısındakı misilsiz xidmətlərindən bəhs edən geniş məlumat təqdim etmişdir.
Tədbirdə qeyd edilmişdir ki, müasir Azərbaycan dövlətinin qurucusu Ulu Öndər Heydər Əliyevin həyat yolu hər bir azərbaycanlı üçün əsl örnəkdir.