Şriftin ölçüsü :

Saytın rəngi :

Yevlaxda “Heydər Əliyev ili” çərçivəsində “Heydər Əliyev Azərbaycan xalqı üçün Ümummilli Lider, dünya üçün ümumbəşəri dəyərdir ” mövzusunda dəyirmi masa keçirilmişdir

07 iyul 2023 | 19:42
Yevlaxda “Heydər Əliyev ili” çərçivəsində “Heydər Əliyev Azərbaycan xalqı üçün Ümummilli Lider, dünya üçün ümumbəşəri dəyərdir ” mövzusunda dəyirmi masa keçirilmişdir
Yevlax Şəhər İcra Hakimiyyətinin və YAP Yevlax rayon təşkilatının birgə təşkilatçılığı ilə “Heydər Əliyev ili” çərçivəsində “Heydər Əliyev Azərbaycan xalqı üçün Ümummilli Lider, dünya üçün ümumbəşəri dəyərdir ” mövzusunda dəyirmi masa keçirilib.
YAP Yevlax rayon təşkilatının inizbati binasında keçirilən dəyirmi masada Yevlax Şəhər İcra Hakimiyyəti Başçısının müavini-İctimai siyasi və humanitar məsələlər şöbəsinin müdiri Elnarə Əzizova, YAP Yevlax rayon təşkilatının sədr müavini Tural İsmayılov, Rayon Ağsaqqallar şurasının sədr müavini Sərdar Məmmədov, Yevlax Şəhər İcra Hakimiyyəti yanında İctimai Şuranın sədri Elvin Əjdərli, rayonda fəaliyyət göstərən ictimai birliklərin nümayəndələri, Şəhid ailəsinin üzvləri və gənclər iştirak etmişlər.
Əvvəlcə Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın bütövlüyü uğrunda canlarını fəda etmiş qəhrəman şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib .
Tədbirdə çıxış edən Yevlax Şəhər İcra Hakimiyyətinin Başçısının müavini, İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Elnarə Əzizova qeyd edib ki, tarixə xalqımızın Ümummilli Lideri kimi daxil olmuş əvəzolunmaz Liderimiz Ulu Öndər Heydər Əliyev ölkəmiz üçün çox vacib olan bir sərvət—azərbaycançılıq ideologiyasını yaratmışdır. Ümummilli Liderin həm sovet dönəmində, həm də müstəqilliyin bərpasından sonrakı dövr ərzində həyata keçirdiyi misilsiz xidmətlər Azərbaycan xalqının milli özünüdərkini, milli ruhun yüksəlişini təmin etməklə milli dövlətçilik ideyasının gələcəkdə böyük hərəkətverici qüvvəyə çevrilməsi üçün münbit zəmin yaratdı. Hazırda Ulu Öndərin böyük siyasəti Ölkə Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham tərəfindən ən yüksək səviyyədə davam etdirilir. Bu gün Azərbaycanın beynəlxalq müstəvidə artan nüfuzu, Vətən müharibəsində əldə etdiyimiz parlaq Qələbə, bütün sahələr üzrə ölkəmizin uğurlu inkişaf yolu keçməsi məhz Ulu Öndərimizin ideyaları əsasında cənab Prezidentin apardığı bənzərsiz siyasətin bariz nümunəsidir. Qeyd edilib ki, dahi Heydər Əliyevin əziz xatirəsi Azərbaycan xalqının qəlbində əbədi olaraq yaşayacaq və daim ehtiramla yad olunacaqdır.
Tədbir çərçivəsində Ulu Öndər Heydər Əliyevin mənalı ömür yolundan və müdrik siyasi fəaliyyətindən bəhs edən videoçarx nümayiş etdirilib.
Dəyirmi masada çıxış edən Rayon Ağsaqqallar Şurasının üzvü, Vətən müharibəsi şəhidi Emin Kazımovun atası Fərman Kazımov, Rayon Ağsaqqallar şurasının sədr müavini Sərdar Məmmədov, Yevlax Şəhər İcra Hakimiyyəti yanında İctimai şuranın sədri Elvin Əjdərli, YAP fəalı Əlirza Abdullayev və İctimai şuranın üzvü Saniyə Ridvanova Ümummilli Lider Heydər Əliyevin Azərbaycan xalqının maraqları naminə həyata keçirdiyi böyük işlərdən geniş söhbət açaraq, vurğulayıblar ki, dahi rəhbər xalqımızın ən çətin anında - sovet imperiyasının dağıldığı, ölkənin parçalandığı, xalqın ruhdan düşdüyü bir dövrdə siyasi meydana xalqın xilaskarı kimi daxil oldu. Ulu Öndər torpaqların itirildiyi, qaçqın və köçkünlərin artdığı bir zamanda Azərbaycan xalqına ruh verdi, onu müstəqil Azərbaycan uğrunda qələbəyə apardı.Bu gün hər bir azərbaycanlı fərəh hissi keçirir ki, dövlətimizin idarəçilik sükanı arxasında Ümummilli Liderimiz Heydər Əliyevin yetirməsi, onun yaratdığı siyasi məktəbin layiqli davamçısı möhtərəm Prezidentimiz İlham Əliyev dayanır. Ona görə də Azərbaycan bütün sahələr üzrə saysız-hesabsız uğurlara imza ataraq firavan gələcəyə doğru inamla addımlayır.
Sonda tədbir iştirakçıları tərəfindən mövzu əsasında geniş fikir mübadiləsi aparılıb.
Keçidlər