Yevlaxda “Heydər Əliyev ili” çərçivəsində ağacəkmə aksiyası keçirilib
15 mart 2023 | 14:41
Yevlaxda “Heydər Əliyev ili” çərçivəsində ağacəkmə aksiyası keçirilib
Yevlaxda Azərbaycan Dövlət Miqrasiya Xidmətinin Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Yevlax Şəhər İcra Hakimiyyəti ilə birgə təşkil etdiyi ağacəkmə aksiyasında Dövlət Miqrasiya Xidmətinin rəisi Vüsal Hüseynov, Yevlax Şəhər İcra Hakimiyyətinin başçısı Anar Tağıyev, Milli Məclisin deputatları - Ağalar Vəliyev, İlham Məmmədov, Yeni Azərbaycan Partiyası (YAP) Yevlax rayon təşkilatının sədri Rafiq Əliyev, YAP Veteranlar Şurasının üzvü Zahid Xəlil, Dövlət İmtahan Mərkəzinin Aparat rəhbəri Vəfadar Misirov, Bakı Slavyan Universitetinin prorektoru Ənvər Abbasov, Xidmətin kollektivi və digər rəsmi şəxslər iştirak edib. Aksiya çərçivəsində ümumilikdə 550 ağac əkilib. Yeni əkilmiş ağaclara aqrotexniki qulluq göstərilib, ağaclar suvarılıb və gələcək mühafizəsi məqsədilə zəruri tədbirlər görülüb