Şriftin ölçüsü :

Saytın rəngi :

Yevlaxda "Heydər Əliyev ili" çərçivəsində 26 iyun-Azərbaycan Respublikası Silahlı Qüvvələri Günü münasibətilə “Heydər Əliyev və Azərbaycanda ordu quruculuğu” mövzusunda tədbir keçirilib

25 iyun 2023 | 13:49
Yevlaxda "Heydər Əliyev ili" çərçivəsində 26 iyun-Azərbaycan Respublikası Silahlı Qüvvələri Günü münasibətilə “Heydər Əliyev və Azərbaycanda ordu quruculuğu” mövzusunda tədbir keçirilib
Yevlax Şəhər İcra Hakimiyyəti tərəfindən "Heydər Əliyev ili" çərçivəsində 26 iyun-Azərbaycan Respublikası Silahlı Qüvvələri Günü münasibətilə Yevlax rayonu ərazisində dislokasiya olunmuş “N” saylı hərbi hissədə “Heydər Əliyev və Azərbaycanda ordu quruculuğu” mövzusunda tədbir keçirilib.
Tədbirdə Yevlax Şəhər İcra Hakimiyyətinin Başçısı Anar Tağıyev, YAP Yevlax rayon təşkilatının sədri Rafiq Əliyev, rayon Ağsaqqalar Şurasının sədri Minnət Mürsəlov, rayonun hüquq mühafizə orqanlarının rəhbərləri, Şəhid ailələrinin üzvləri, qazilər, müharibə veteranları və hərbi hissənin şəxsi heyəti iştirak etmişdir.
Tədbiri giriş sözü ilə açan hərbi hissənin komandiri, polkovnik-leytenant Fariz Rüstəmov Vətənimizin müdafiəçilərini Silahlı Qüvvələr Günü münasibətilə təbrik edərək, bildirib ki bu gün güclü Azərbaycan Ordusu istənilən döyüş tapşırığını, hücum əməliyyatını yerinə yetirməyə qadirdir, şəxsi heyətin döyüş ruhu yüksəkdir. Ordumuz ən müasir silah və sursatlarla, zirehli texnikalarla, zenit-raket qurğuları, hərbi hava qüvvələri və s. vasitələrlə təchiz olunub. Bütün bunlar Azərbaycan Prezidenti,Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin ordu quruculuğuna göstərdiyi diqqət və qayğının təzahürüdür.
Tədbirdə çıxış edən Yevlax Şəhər İcra Hakimiyyətinin Başçısı Anar Tağıyev 26 iyun Azərbaycan Respublikası Silahlı Qüvvələri Günü münasibətilə hərbi hissənin əsgər və zabitlərini təbrik etdi. Bildirdi ki, bu gün 44 günlük Vətən müharibəsində Möhtərəm Prezident, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə düşməni ağır məğlubiyyətə uğradaraq ərazi bütövlüyümüzü bərpa edən güclü Azərbaycanın Silahlı Qüvvələrinin yaranmasının 105-ci ildönümüdür.
1918-ci il mayın 28-də müstəqilliyini elan etmiş Azərbaycan Xalq Cümhuriyyəti cəmi 23 ay yaşamasına baxmayaraq, ölkədə ordu quruculuğu sahəsində əhəmiyyətli addımlar ata bildi. Hökumətin qərarı ilə 1918-ci il iyunun 26-da ilk nizami hərbi hissə – Əlahiddə Azərbaycan Korpusu yaradıldı. Müsəlman Korpusunun adının dəyişdirilməsi və Əlahiddə Azərbaycan Korpusu kimi adlandırılması milli silahlı qüvvələrin yaradılması istiqamətində mühüm addım olmuşdur.
Xalq Cümhuriyyəti süqut etdikdən sonra ölkəmizdə ordu quruculuğu prosesi dayandı. Yalnız Ulu Öndər Heydər Əliyevin 1969-cu ildə hakimiyyətə gəlişindən sonra onun müstəsna xidmətləri sayəsində ölkəmizdə hərbi kadrların hazırlanması prosesi başlandı. Ümummilli Lider Heydər Əliyev 1993-cü ildə yenidən hakimiyyətə qayıtdıqdan sonra Silahlı Qüvvələrin Ali Baş Komandanı kimi hərbi sahədə də dirçəlişə nail ola bildi. O, könüllü batalyonlar adı altında fəaliyyət göstərən silahlı birləşmələri ləğv edərək, vahid komandanlıq sistemində təşkil olunan nizami ordu yaratdı. Ali Baş Komandanın ön xəttə səfər edərək döyüşçülərimizlə səngərdə görüşməsi və onları döyüşə ruhlandırması öz real bəhrəsini verdi. Həmçinin qeyd etdi ki, Ümummilli Lider Heydər Əliyevin 22 may 1998-ci il tarixli Sərəncamı ilə 26 iyun Azərbaycan Respublikası Silahlı Qüvvələri Günü kimi qeyd olunur. Ulu Öndərin siyasi kursunu ordu quruculuğu sahəsində də uğurla davam etdirən Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin sayəsində bu gün ordumuz dünya orduları ilə müqayisə ediləcək səviyyəyə çatdırılıb. Bu hər birimizi sevindirir və qürurlandırır. Ali Baş Komandanın göstərdiyi yüksək diqqət və qayğının nəticəsidir ki, ölkəmizin müdafiə qabiliyyəti gündən-günə artaraq, xalq, dövlət, ordu birliyi monolit birliyə çevrilib. Bu birliyin,bu diqqət və qayğının nəticəsi kimi 44 günlük Vətən müharibəsində Azərbaycan Silahlı Qüvvələri düşməni məhv edərək 30 il davam edən ədalətsizliyə son qoydu, xalqımızın gücünü bütün dünyaya nümayiş etdirdi. Məhz buna görə də 26 İyun -Azərbaycan Respublikası Silahlı Silahlı Qüvvələri Günü bütün Azərbaycan xalqının bayramıdır. Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu Ordu quruculuğu siyasətini möhtərəm Prezidentimiz, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev zirvələrə ucaltdı, Zəfərlə yekunlaşdırdı. Artıq bizim gücümüzlə dünya hesablaşır. Çünki bizim bu 30 illik müqəddəs arzumuzu Müzəffər Ali Baş Komandan , onun əsgər və zabitləri böyük qəhrəmanlıqla həyata keçirdilər. Ordumuz Vətən savaşında düşmənə öz gücünü göstərdi. Azərbaycan əsgəri doğma torpaqlarını necə müdafiə etdiyini, Vətən uğrunda son damla qanınadək vuruşmağı bacardığını və düşməndən üstün olduğunu bütün dünyaya sübut etdi. Vətən müharibəsində qazanılan Qələbə xalqın öz ordusuna inamının, sevgisinin nümayişi, Azərbaycan hərbçilərinin rəşadətinin, qəhrəmanlığının ifadəsidir. Bu Qələbənin əsas amillərindən biri xalqımızın Azərbaycan Ordusunun qüdrətinə inamı idi. Eyni zamanda, bu müharibədə bütün dünya ordumuzun gücünü, peşəkarlığını və istənilən tapşırığın yerinə yetirmək bacarığında olduğunu gördü.
Görüşdə çıxış edən YAP Yevlax rayon təşkilatının sədri Rafq Əliyev, rayon Ağsaqqallar Şurasının sədri Minnət Mürsəlov, Şəhid atası Fərman Kazımov, bildirdilər ki, xalqımız 26 yun Azərbaycan Respublikası Silahlı Qüvvələri Gününü Müzəffər Ali Baş Komandanımızın rəhbərliyi ilə Azərbaycan Ordusunun yaratdığı yeni reallıqlar şəraitində qarşılayır. Böyük tarixi şəxsiyyət Heydər Əliyevin Azərbaycana rəhbərliyi dövründə Azərbaycan Ordusu nizami ordu kimi formalaşmağa başladı. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev ordu quruculuğunu dinamik inkişaf etdirdi. İndi Azərbaycan Ordusu dünyanın ən güclü orduları sırasındadır. Ordumuz gücünü 2020-ci ilin sentyabr ayının 27-dən başlayan 44 günlük Vətən müharibəsində əldə etdiyimiz Böyük Qələbə bütün dünyaya nümayiş etdirdi. Azərbaycanın Zəfər tarixi yazıldı, torpaqlarımız işğaldan azad edildi, ölkəmizin ərazi bütövlüyü təmin olundu. Xalqımızın mübarizliyi və yeniməzliyi bir daha təsdiq olundu. Bütün dünya yumruq kimi Xalq - Ordu birliyinin şahidi oldu və bu birlik Böyük Qələbənin əldə olunmasında mühüm rol oynadı. Azərbaycan əsgərinin döyüş ruhu, peşəkarlığı və şücaəti bütün dünyanı heyrətləndirdi və düşməni yerlə-yeksan etdi.
Tədbirdə silahlı qüvvələr gününə həsr edilmiş videoçarx nümayiş etdirildi.
Sonra xidmətdə fərqlənən hərbi qulluqçuların bir qrupu Şəhər İcra Hakimiyyətinin Fəxri Fərmanı ilə təltif edilib və onlara qiymətli hədiyələr verilib.
Sonda Yevlax rayon Aran qəsəbə musiqi məktəbinin kollektivi hərbçilər qarşısında konsert proqramı ilə çıxış etdilər.
Keçidlər