Şriftin ölçüsü :

Saytın rəngi :

Yevlaxda “Heydər Əliyev dühası gənclərin inkişaf yoluna daim işıq saçır” mövzusunda tədbir keçirilib

31 oktyabr 2024 | 18:24
Yevlaxda “Heydər Əliyev dühası gənclərin inkişaf yoluna daim işıq saçır” mövzusunda tədbir keçirilib
Yevlax Şəhər İcra Hakimiyyətinin, YAP Yevlax rayon təşkilatının və Yevlax rayonu üzrə Gənclər və İdman sektorunun birgə təşkilatçılığı ilə YAP Yevlax rayon təşkilatının inzibati binasında “Heydər Əliyev dühası gənclərin inkişaf yoluna daim işıq saçır” mövzusunda tədbir keçirilib.
Tədbirdə Yevlax Şəhər İcra Hakimiyyəti Başçısının müavini Elnarə Əzizova,YAP Yevlax rayon təşkilatının sədri Rafiq Əliyev, Mərkəzi Aran Regional Gənclər və İdman İdarəsinin rəisi Azad Gözəlov, Yevlax rayonu üzrə Gənclər və İdman sektoru sahəsində çalışan əməkdaşlar, rayon ictimaiyyətinin nümayəndələri və gənclər iştirak ediblər.
Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə tədbir açıq elan edilib.
Əvvəlcə müasir müstəqil Azərbaycanın və Yeni Azərbaycan Partiyasının qurucusu Ümummilli Lider Heydər Əliyevin və torpaqlarımızın bütövlüyü uğrunda canlarını fəda etmiş qəhrəman şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbir çərçivəsində Ulu Öndər Heydər Əliyevin mənalı ömür yolundan və müdrik siyasi fəaliyyətindən bəhs edən sənədli film nümayiş etdirilib.
Tədbirdə çıxış edən YAP Yevlax rayon təşkilatının sədri Rafiq Əliyev qeyd edib ki, tarixə qısa nəzər yetirdikdə bir reallıq öz təsdiqini tapır ki, əgər Ümummilli Liderimiz Heydər Əliyevin hakimiyyətinin birinci dövründə daha çox gənclərin bir kadr kimi yetişməsi diqqət mərkəzində idisə, Azərbaycan müstəqillik qazandıqdan, daha dəqiq desək, 1993-cü ildə Ulu Öndər Heydər Əliyev xalqın təkidli tələbi ilə hakimiyyətə qayıtdıqdan sonra onların dövlət idarəçiliyində irəli çəkilməsi prioritet məsələ oldu. Belə ki, Azərbaycan dövlətinin gənclər siyasətinin formalaşmasında və gənc nəslin geniş fəaliyyət meydanına çıxarılmasında dahi liderin təşəbbüsü və iştirakı ilə keçirilən gənclərin I Forumunun xüsusi rolu oldu. 1996-cı il fevralın 2-də keçirilən bu forum Ulu Öndərimiz Heydər Əliyevin gəncliklə bağlı strategiyasının ilk təntənəsi kimi dəyərləndirildi. 1997-ci ildə Ümummilli Liderimiz Heydər Əliyevin Sərəncamı əsasında I Forumun keçirildiyi tarix-yəni 2 fevral Azərbaycanda Gənclər Günü kimi elan edildi. Sonrakı illərdə Azərbaycan gənclərinin forumlarının keçirilməsi gənclərimizin fəaliyyət istiqamətlərinin genişləndirilməsində əhəmiyyətli rol oynadı. Bu qayğı zamanın çağırışlarına uyğun olaraq Azərbaycan Respublikasının Prezidenti,Yeni Azərbyacan Partiyasının Sədri cənab İlham Əliyev tərəfindən də məqsədyönlü şəkildə davam və inkişaf etdirilir. Dövlətimizin Başçısı gəncləri aparıcı qüvvəyə çevirmək və onların sosial iqtisadi problemlərinin həllini təmin etmək məqsədilə çoxsaylı isalhatlar həyata keçirmişdir ki, məhz bu gün müdrik siyasətimizin nəticəsi olaraq, Azərbaycan gəncləri şanlı bayrağımızı beynəlxalq arenalarda qürurla dalğalandırır.
Yevlax Şəhər İcra Hakimiyyəti Başçısının müavini Elnarə Əzizova çıxışında diqqətə çatdırıb ki, Azərbaycan gənclərinin vətənə sədaqət ruhunda tərbiyə edilməsi məsələsi Ulu Öndər Heydər Əliyevin azərbaycançılıq ideologiyasının mühüm istiqamətlərindən biri idi. O, vurğulayırdı: “Azərbaycanın dövlət müstəqilliyi daimidir, əbədidir, dönməzdir, sarsılmazdır. Hər bir gənc Azərbaycanın dövlət müstəqilliyini möhkəmləndirmək, inkişaf etdirmək, yaşatmaq üçün çalışmalıdır və öz xidmətlərini göstərməlidir.”
Ümumilli Liderin əsasını qoyduğu Gənclər siyasətinin davam etdirilməsi məqsədilə möhtərəm Prezident İlham Əliyevin gənclərin potensialının gerçəkləşməsinə, onların vətənpərvər, savadlı kadr kimi yetişməsinə, gənc ailələrin sosial təminatına yönələn tədbirləri dövlətin uzaqgörən siyasətinin göstəricisi kimi qiymətləndirilməlidir. Mütəmadi olaraq təkmilləşdirilən gənclər siyasəti gənc nəslin ictimai-siyasi həyatdakı rolunun artmasına, ölkənin aparıcı qüvvəsinə çevrilməsinə, bütövlükdə, kreativ gəncliyin formalaşmasına şərait yaradıb.
Tədbirdə çıxış edən Mərkəzi Aran Regional Gənclər və İdman İdarəsinin rəisi Azad Gözəlov vurğulayıb ki, Ulu Öndərin gənclərlə bağlı imzaladığı bir çox sənədlər respublikanın ictimai-siyasi həyatında gənclərin daha fəal iştirakı üçün şərait yaratmış, gənclər siyasətinin məqsəd, prinsip və istiqamətlərini, habelə təşkilati-hüquqi əsaslarını müəyyən etmişdir. Müxtəlif dövlət orqanlarının gənclərlə iş sahəsindəki fəaliyyətini əlaqələndirmək məqsədi ilə Ulu Öndər Heydər Əliyevin 1994-cü il 26 iyul tarixli Fərmanı ilə Gənclər və İdman Nazirliyi yaradılmışdır.Bu gün Ölkə Prezidenti cənab İlham Əliyevin ali rəhbərliyi ilə dahi şəxsiyyətin müdrik siyasəti uğurla davam etdirilir. 2020-ci ilin “Könüllülər ili” elan edilməsi haqqında imzalanan Sərəncam gənclərimizin həyatında mühüm rol oynadı. Qeyd edilib ki, Yaxın keçmişimizdə baş vermiş "44 Günlük Vətən müharibəsi"ndə rəşadətli Azərbaycan Ordusunun sıralarında Vətən uğrunda mətanətlə vuruşan qəhrəman gənclərimiz öz adlarını xalqımızın ən yeni tarixinə qızıl hərflərlə yazdılar. Azərbaycan gənclər siyasəti gənclərimizin hərtərəfli inkişafına və yeni-yeni nailiyyətlər qazanmasına böyük imkan yaradıb ki, hər bir azərbaycanlı kimi biz də bu qürurlu hadisə ilə fəxr edirik.
Sonra tədbirdə çıxış edənlər Mərkəzi Aran Regional Gənclər və İdman İdarəsinin Yevlax rayonu üzrə Gənclər və İdman sektorunun müdiri Samir Kərimov, Yevlax Uşaq Gənclər və İdman Məktəbinin makinaçısı Nərminə Məmmədova vurğulayıblar ki, əldə etdiyimiz Şanlı Zəfər ölkəmizin ərazi bütövlüyünü bərpa etdi, xalqımız otuz illik həsrətdən sonra tarixi torpağına qovuşdu. Müstəqillik dövründə vətənpərvərlik ruhunda yetişən gənclər bu tarixi hadisəni, tarixi müjdəni Azərbaycan xalqına bəxş etdilər. Vətən müharibəsində gənclərin rolu həlledici olmuşdur. Bu da Ulu Öndərin gənc nəsli Azərbaycanın uğurlu sabahı naminə səfərbər edən siyasətinin nəticəsi idi. Vətən uğrunda, torpaq uğrunda qabağa gedənlərin əksəriyyəti gənclər idi. Azərbaycan gəncləri hər zaman möhtərəm Prezident,Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin ətrafında sıx birləşərək, gələcəkdə də böyük nailiyyətləri əldə etməyə hər an hazırdır.
Tədbir çərçivəsində YAP Yevlax rayon təşkilatı tərəfindən gənclərlə iş sahəsindəki fəaliyyətinə və idmanın inkişafındakı xidmətlərinə görə təltif olunan bir qrup şəxsə fəxri fərmanlar təqdim olunub.
Keçidlər