Şriftin ölçüsü :

Saytın rəngi :

Yevlaxda həvəskarlar arasında nərd yarışı keçirilib

10 avqust 2026 | 14:32
 
Yevlax Şəhər İcra Hakimiyyəti tərəfindən sakinlərin asudə vaxtlarının səmərəli və maraqlı təşkil olunması, onların asudə vaxtlarının faydalı keçirilməsi, eləcə də milli-mənəvi dəyərlərimizin yaşadılması məqsədilə ənənəvi olaraq hər il həvəskarlar arasında nərd yarışı təşkil edilir.
Bu il də keçirilən yarışda nərd həvəskarları iştirak edərək öz bacarıq və məharətlərini nümayiş etdiriblər. Maraqlı və əyləncəli mübarizə şəraitində keçən yarış iştirakçılar arasında xoş əhval-ruhiyyə yaradıb.
Gərgin və maraqlı mübarizənin sonunda qalib müəyyənləşib. Yarışda birinci yerə layiq görülən iştirakçıya Yevlax Şəhər İcra Hakimiyyəti tərəfindən mükafat təqdim olunub.
Qeyd edək ki, bu cür tədbirlərin keçirilməsi sakinlərin asudə vaxtlarının səmərəli təşkilinə, ictimai fəallığın artırılmasına və sağlam ünsiyyət mühitinin formalaşmasına xidmət edir.
Keçidlər