Şriftin ölçüsü :

Saytın rəngi :

Yevlaxda güclü yağış və küləyin yaratdığı fəsadlar aradan qaldırılır

09 iyun 2024 | 13:42
08.06.2024-cü il tarixdə ölkədə havaların kəskin dəyişməsi ilə əlaqədar Yevlax rayonu ərazisində 21 m/saniyə surətində qərb küləyi əsməsi, çox güclü intensivliyə malik leysan xarakterli yağış yağması nəticəsində rayonun elektrik və su təsərrüfatına ciddi ziyan dəymişdir. Belə ki, işıq dirəkləri aşmış, kabellər zədələnmiş, rayonun elektrik enerjisi ilə təminatında fasilələr yaranmışdır. Kanalizasiya xətləri su axınını çatdırmadığından yağıntılar küçələrdə və prospektlərdə yığılmış, gölməçələr yaranmışdır.
Bununla əlaqədar Yevlax Şəhər İcra Hakimiyyətinin, Şəhər Fövqəladə Hallar Komissiyasının operativ reaksiyası nəticəsində ərazilərə Mənzil Kommunal Təsərrüfatı Birliyinin canlı qüvvəsi və texnikaları, aidiyyəti xidmət sahələrinin işçiləri cəlb olunmuşdur. Qırılaraq aşmış ağaclar ərazidən daşınmış, digər işlər həyata keçirilmişdir.
Yaranmış fövqəlada vəziyyətin qarşısının alınması üçün kommunal xidmət sahələri ilə yanaşı şəhər sakinləri də xüsusi əzmkarlıq nümayiş etdirirlər. Belə ki, sakinlərin şəhərimizə olan sevgilərinin göstəricisi olaraq öz yaşadıqları ərazilərdə görülən işlərlə əlaqədar aidiyyəti qurumlara yaxından köməklik göstərməsi nəticəsində yağışın və küləyin fəsadları qısa müddətdə aradan qaldırılır.Hazırda elektrik təsərrüfatının bərpası istiqamətində, həmçinin küçələrə, prospektlərə və sakinlərin evlərinə dolmuş sel suları nasoslar vasitəsilə kənarlaşdırılması istiqamətində işlər davam etdirilir.
Keçidlər