Şriftin ölçüsü :

Saytın rəngi :

Yevlaxda güclü külək bir sıra fəsadlar törətmişdir

20 iyun 2024 | 21:20
Yevlaxda güclü külək bir sıra fəsadlar törətmişdir
20.06.2024-cü il tarixində saat 19:55 radələrində Yevlax rayonu ərazisində 25-30 m/saniyə surətində qərb küləyinin əsməsi, güclü yağış yağması nəticəsində rayonun elektrik təsərrüfatına çox ciddi ziyan dəyməsinin qarşısının alınması məqsədilə “Yevlax Elektrik Şəbəkəsi” tərəfindən rayonun bütün yaşayış məntəqələrində abonentlərin elektrik enerjisi ilə təchizatı dayandırılmışdır. Hazırda Yevlax Şəhər İcra Hakimiyyəti və Rayon Fövqəladə Hallar Komissiyası tərəfindən dəyən ziyanın miqyasının müəyyən edilməsi üçün müvafiq işlər aparılır.
Rayon Fövqəladə Hallar Komissiyasının məlumatına görə güclü külək nəticəsində bir sıra yaşayış məntəqələrində ağaclar sakinlərə məxsus fərdi yaşayış evlərinin, elektrik xətlərinin üzərinə aşaraq dam örtüklərini, elektrik xətlərini yararsız hala salmışdır. Həmçinin güclü külək Yevlax rayonu Aran qəsəbə 1 saylı tam orta məktəbin binasının dam örtüyünü uçurmuşdur. Rayon FHK-ı sakinlərə küləkli havada mümkün qədər evdən bayıra çıxmamağı tövsiyyə edir.
Keçidlər