Şriftin ölçüsü :

Saytın rəngi :

Yevlaxda gənclərlə görüş keçirilmişdir

29 noyabr 2025 | 11:05
Yevlaxda gənclərlə görüş keçirilmişdir
Yevlax Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə “Konstitusiya və Suverenlik İli” çərçivəsində gənclərin rayonun ictimai-sosial və mədəni həyatında iştirakının artırılması, onların təşəbbüslərinin dəstəklənməsi və fikir mübadiləsinin aparılması məqsədilə rayon gəncləri ilə görüş keçirilmişdir. Görüşdə Yevlax Şəhər İcra Hakimiyyətinin Başçısının müavini-İctimai siyasi və humanitar məsələlər şöbəsinin müdiri Elnarə Əzizova, Gənclərin İnkişaf və Karyera Mərkəzinin Mərkəzi Aran Regional nümayəndəliyinin rəhbəri Elvin Əjdərli və gənclər işitrak etmişlər. Görüşdə çıxış edən Yevlax Şəhər İcra Hakimiyyətinin Başçısının müavini-İctimai siyasi və humanitar məsələlər şöbəsinin müdiri Elnarə Əzizova dövlətimizin gənclər siyasətinin nailiyyətlərindən, Möhtərəm Prezidentimiz,Müzəffər Ali Baş Komandanımız cənab İlham Əliyev və Birinci vitse-prezidentimiz hörmətli Mehriban xanım Əliyeva tərəfindən cəmiyyətin aparıcı qüvvəsi olan gənclərə göstərilən dövlət qayğısından bəhs edərək, Rayonda həyata keçirilən genişmiqyaslı abadlıq-quruculuq işlərindən, infrastruktur layihələrindən danışmışdır. Elnarə Əzizova çıxışı zamanı həmçinin qeyd etmişdir ki, görülən işlər gənclərimiz üçün daha rahat və layiqli şəraitin yaradılmasına yönəlib.
Görüşün gedişində rayonun sosial-mədəni həyatında gənclərin fəal iştirakı, müxtəlif təşəbbüslərlə çıxış etdikləri, təhsil, idman, mədəniyyət və digər sahələrdə qazandıqları uğurlar barədə geniş fikir mübadilə aparılmışdır.
Keçidlər