Şriftin ölçüsü :

Saytın rəngi :

Yevlaxda "Gənc xilasedici və yanğınsöndürən" Ümumrespublika yarışlarının zona birinciliyi keçirilib

29 may 2026 | 14:19
Yevlaxda "Gənc xilasedici və yanğınsöndürən" Ümumrespublika yarışlarının zona birinciliyi keçirilib
Fövqəladə Hallar Nazirliyinin təskilatçılığı, Elm və Təhsil Nazirliyinin dəstəyi ilə Fövqəladə Hallar Nazirliyi Aran Regional Mərkəzində şagirdlərin fövqəladə hallara hazırlıqla bağlı fiziki, intellektual səviyyəsinin yoxlanılması, məktəblilərdə fərdi və ictimai təhlükəsizliyə məsuliyyətli yanaşma hissinin artırılması, yetişməkdə olan gənc nəslin nümayəndələrinə sağlam həyat tərzinin aşılanması məqsədilə "Gənc xilasedici və yanğınsöndürən" Ümumrespublika yarışlarının zona birinciliyi keçirilib.
Zona birinciliyinin açılış mərasiminə həsr olunmuş tədbirdə Yevlax Şəhər İcra Hakimiyyəti Başçısı aparatının Hüquq və kadr məsələləri sektorunun müdiri Vidadi Murtuzayev, Fövqəladə Hallar Nazirliyi Aran Regional Mərkəzinin rəisi Ramin Orucov, Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğın Nəzarəti Xidmətinin Aran Regional Dövlət Yanğın Nəzarəti İdarəsinin rəisi Fəqan Axundov, Fövqəladə Hallar Nazirliyi Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin Aran Regional Tikinti Müfəttişliyinin rəisi Orxan Şıxıyev, Fövqəladə Hallar Nazirliyi Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-Mədən Nəzarəti Dövlət Agentliyinin Aran Regional Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ Mədən Nəzarəti Müfəttişliyinin rəisi Elşən Mustafayev, Mərkəzi Aran Regional Gənclər və İdman İdarəsinin rəisi Azad Gözəlov, Mərkəzi Aran Regional Təhsil İdarəsinin müdir müavini Cavad Cavadlı, Aran Regional Mərkəzinin əhatə etdiyi şəhər və rayonların təhsil müəssisələrinin məktəbliləri iştirak ediblər.
Tədbirdə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib,Xalqımızın Ümummilli Lideri Heydər Əliyevin və vətənimizin azadlığı uğrunda canlarını qurban vermiş şəhidlərin əziz xatirələri bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə çıxış edənlər yarışın əhəmiyyətindən danışaraq, istirakçılara uğurlar arzulayıblar. "Kombina edilmiş yanğın estafeti", "Komandaların təqdimatı" və "Gənc ekspertler” adlı üç mərhələdən ibarət yarışların yekunlarına əsasən, Naftalan şəhəri İ. Nəsimi adına 1 nömrəli tam orta ümumtəhsil məktəbi I yerə, Mingəçevir səhər Y.Muradov adına 11 nömrəli tam orta ümumtəhsil məktəbi Il yerə, Yevlax rayon B.Alıyev adına Salahlı kənd tam orta ümumtəhsil məktəbi isə III yerə layiq görülüb.
Qalib komanda "Gənc xilasedici və yanğınsöndürən" yarışlarının respublika birinciliyində istirak etmək hüququ qazanıb.
Keçidlər