Şriftin ölçüsü :

Saytın rəngi :

Yevlaxda "Fövqəladə halların xəbərdar edilməsi sahəsində koordinasiyanın və birgə fəaliyyətin təşkili, eləcə də mövcud problemlər" mövzusunda seminar-müşavirə keçirilmişdir

22 may 2025 | 16:56
Yevlaxda "Fövqəladə halların xəbərdar edilməsi sahəsində koordinasiyanın və birgə fəaliyyətin təşkili, eləcə də mövcud problemlər" mövzusunda seminar-müşavirə keçirilmişdir
Yevlaxda Şəhər İcra Hakimiyyətinin və Fövqəladə Hallar Nazirliyinin Aran Regional Mərkəzinin birgə təşkilatçılığı ilə müvafiq tədbirlər planının icrası ilə əlaqədar, "Fövqəladə halların xəbərdar edilməsi sahəsində koordinasiyanın və birgə fəaliyyətin təşkili, eləcə də mövcud problemlər" mövzusunda seminar-müşavirə keçirilmişdir. Seminar-müşavirədə Yevlax Şəhər İcra Hakimiyyəti Başçısının birinci müavini, Rayon Fövqəladə Hallar Komissiyasının sədri, Xaliq Əliyev, Fövqəladə Hallar Nazirliyinin Regional mərkəzlərlə işin təşkili, layihələrin idarə edilməsi və təhsil məsələləri üzrə Baş idarəsinin Regional mərkəzlərlə işin təşkili idarəsinin rəisi Ceyhun Salmanov və Fövqəladə Hallar Nazirliyinin Aran Regional Mərkəzinin rəisi polkovnik-leytenant Ramin Orucov, Regional Mərkəzin əməkdaşları, idarə rəhbərləri, icra nümayəndələri, bələdiyyə sədrləri və məktəb direktorları iştirak etmişlər.
Müşavirədə “Yanğından mühafizə sahəsində görülmüş işlər və mövcud problemlər”, “Yanğın təhlükəsizliyi sahəsində görülmüş işlər və mövcud problemlər”, “Tikintiyə dövlət nəzarətinin təşkili” və “Yevlax rayonunda mülki müdafiənin vəziyyəti, qarşılıqlı fəaliyyətin təşkili” mövzularında ətraflı çıxışlar edilmişdir.
Keçidlər