Şriftin ölçüsü :

Saytın rəngi :

Yevlaxda Fövqəladə Hallar Nazirliyi işçilərinin peşə bayramı günü münasibətilə tədbir keçirilib

16 dekabr 2025 | 13:56

Fövqəladə Hallar Nazirliyi Aran regional mərkəzində keçirilən tədbirdə Yevlax Şəhər İcra Hakimiyyəti Başçısının birinci müavini Xaliq Əliyev, Fövqəladə Hallar Nazirliyi Aran regional mərkəzinin rəisi, polkovnik-leytenant Ramin Orucov, Fövqəladə Hallar Nazirliyinin Yevlax rayonu ərazisində fəaliyyət göstərən yerli və regional qurumlarının rəhbərləri, kollektivləri içtirak etmişlər.
İştirakçılar əvvəlcə Ümummilli Lider Heydər Əliyevin Mərkəzin həyətində yerləşən abidəsini ziyarət edib, önünə gül dəstələri düzərək Dahi Şəxsiyyətin müqəddəs ruhuna öz ehtiramlarını bildirmişlər.
Tədbirdə Ulu Öndər Heydər Əliyevin, ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda canlarını qurban vermiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Tədbirdə çıxış edən Yevlax Şəhər İcra Hakimiyyəti Başçısının birinci müavini Xaliq Əliyev Fövqəladə Hallar Nazirliyinin yaradılmasının dövlətimiz üçün necə böyük əhəmiyyət kəsb etdiyini vurğuladı və nazirliyin çox az müddətdə fəaliyyət göstərməsinə baxmayaraq fövqəladə halların qarşısının alınması istiqamətində böyük uğurlara imza atdığını qeyd edib.Həmçinin bu sahədə dövlət tərəfindən həyata keçirilən ardıcıl islahatlara, maddi-texniki bazanın gücləndirilməsinə və kadr potensialının inkişafına diqqət çəkərək, fövqəladə hallar orqanları əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib, onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb.
Fövqəladə Hallar Nazirliyi Aran regional mərkəzinin rəisi polkovnik-leytenant Ramin Orucov Nazirliyin regional bölməsi olaraq həmişə olduğu kimi, bundan sonra da qarşıya qoyulan vəzifələrin icrası və fövqəladə hallar sahəsində etibarlı şəbəkənin yaradılması istiqamətində işləri uğurla davam etdirəcəklərini qeyd edib.
Tədbirdə çıxış edən Fövqəladə Hallar Nazirliyinin əməkdaşları göstərilən yüksək diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev və Birinci vitse-prezident hörmətli Mehriban xanım Əliyevaya dərin minnətdarlıq ifadə ediblər.
Sonda Fövqəladə Hallar Nazirliyinin rayon ərazisində fəaliyyət göstərən yerli və regional qurumlarının bir qrup əməkdaşı Yevlax Şəhər İcra Hakimiyyətinin Fəxri fərmanı ilə təltif olunublar.
Qeyd edək ki, Prezident İlham Əliyev 2005-ci il dekabrın 16-da Fövqəladə Hallar Nazirliyinin yaradılması haqqında Sərəncam imzalayıb. Nazirlik ölkədə təbii və texnogen xarakterli fövqəladə halların vaxtında xəbərdar edilməsi, nəticələrinin çevik və səmərəli şəkildə aradan qaldırılması işinin vahid mərkəzdən idarə olunması məqsədilə yaradılıb. Beləliklə, fəlakətlərlə mübarizə işinin təşkilinə dövlət səviyyəsində sistemli yanaşmada yeni bir mərhələnin əsası qoyulub. Dövlətimizin başçısının 2006-cı il 8 dekabr tarixli Sərəncamına əsasən isə hər il dekabrın 16-sı ölkəmizdə FHN işçilərinin peşə bayramı günü kimi qeyd edilir.

Keçidlər