Şriftin ölçüsü :

Saytın rəngi :

Yevlaxda "Əsrin müqaviləsi"nin imzalanmasının 30 illiyi münasibətilə tədbir keçirilmişdir

20 sentyabr 2024 | 14:46
Yevlaxda "Əsrin müqaviləsi"nin imzalanmasının 30 illiyi münasibətilə tədbir keçirilmişdir
Yevlax Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə 15 saylı Regional Xəzinədarlıq İdarəsinin İnzibati binasında keçirilən tədbirdə Yevlax Şəhər İcra Hakimiyyəti Başçının müavini-İctimai siyasi və humanitar məsələlər şöbəsinin müdiri Elnarə Əzizova, 15 saylı Regional Xəzinədarlıq İdarəsinin rəisi Ceyhun İbişov, 11 saylı Ərazi Vergilər baş idarəsinin rəisi, baş vergi xidməti müşaviri Vüsal Məmmədov, Qarabağ Suvarma kanalı İstismarı idarəsinin rəisi Ariz Mikayılov, Yevlax Su Meliorasiya Sistemlərinin İstismarı idarəsinin rəisi Teymur Muradxanov, GİKM-in Aran regional nümayəndəliyinin rəhbəri Elvin Əjdərli, Yevlax Rayon Səhiyyə Həmkarlar Şurasının sədri Nurlana Məmmədova, rayonda fəaliyyət göstərən idarə və müəssisə rəhbərləri, ictimaiyyət nümayəndələri və gənclər iştirak etmişlər.
Əvvəlcə Xalqımızın Ümummilli Lideri Heydər Əliyevin və canlarını ərazi bütövlüyümüz, azadlığımız uğrunda qurban vermiş Şəhidlərimizin ruhları bir dəqiqəlik sükutla yad edilmişdir.
Sonra “Əsrin müqaviləsi”nə həsr olunmuş videoçarx nümayiş etdirilmişdir.
Yevlax Şəhər İcra Hakimiyyəti Başçısının müavini İctiami-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Elnarə Əzizova tədbiri giriş sözü ilə açaraq qeyd etmişdir ki, 1994-cü il sentyabrın 20-si müstəqil Azərbaycan dövlətinin inkişafında tarixi, mühüm bir gündür.Çünki, həmin gün xalqımızın Ümummilli Lideri Heydər Əliyevin rəhbərliyi ilə hazırlanmış və bütün dünyada "Əsrin müqaviləsi" adı ilə tanınmış neft kontraktları imzalanmışdır. Bu kontraktlar Azərbaycanın neft və yeni iqtisadiyyat tarixinin şanlı səhifəsini açmişdır. Məhz bu tarixi addımla müstəqilliyini bir daha sübut edən Azərbaycan öz sərvətlərinə tam sahib olduğunu bütün dünyaya nümayiş etdirmişdir. Milli sərvətlərimizdən müstəqil dövlətimizin və xalqımızın rifahı naminə istifadə olunması, on illərlə imperiya maraqlarına xidmət etmiş karbohidrogen ehtiyatlarının qüdrətli və inkişaf etmiş Azərbaycanın formalaşması üçün istismarı, bu məqsədlə xarici investisiyaların cəlb olunması üçün cəsarətli siyasi addımlar atılmışdır. İlk dəfə olaraq dünyanın 6 ölkəsini təmsil edən məşhur 10 xarici neft şirkəti ilə belə böyük miqyasda saziş imzalanmışdır. Bu saziş Xəzər dənizində beynəlxalq əməkdaşlığın əsasını qoydu, xarici sərmayədarların Azərbaycana axınını sürətləndirdi. "Əsrin müqaviləsi" həm də Azərbaycanda yeni neft-qaz kontraktlarının bağlanmasına güclü təkan verdi. Ölkəmizin neft strategiyasının əsas istiqamətlərindən biri Azərbaycan neftinin və qazının dünya bazarına nəql edilməsindən ibarətdir."Əsrin müqaviləsi"nə gedən yol müxtəlif çətinliklərdən və maneələrdən keçərək, Azərbaycan xalqının Ümummilli Lideri, görkəmli siyasi və dövlət xadimi Heydər Əliyevin dəmir iradəsi və möhkəm dövlətçilik əzminin, qətiyyətli və ardıcıl siyasətinin nəticəsi olaraq reallaşmışdır.
Həmin dövrdə Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin ARDNŞ-in vitse-prezidenti təyin edilməsi Ümummilli Liderimizin müdrik və uzaqgörən addımlarından biri oldu. Xarici neft şirkətləri ilə aparılan danışıqlarda birbaşa iştirak edən cənab İlham Əliyev imzalanacaq bütün neft-qaz müqavilələrinin xalqımızın milli maraqlarına cavab verən şərtlər çərçivəsində hazırlanmasını yüksək səriştə və bacarıqla təmin etdi. Elnarə Əzizova bildirdi ki, Ulu Öndər Heydər Əliyevin müəllifi olduğu neft strategiyası Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi nəticəsində Azərbaycan zirvələri fəth edir. “Əsrin müqaviləsi” tarixi Zəfərimizdə əhəmiyyətli rol oynayan amillər sırasında xüsusi yer alan iqtisadi və siyasi müstəqilliyimizin daha da möhkəmlənməsində mühüm rol oynadı. Hazırda işğaldan azad edilmiş ərazilərimizdə bərpa-quruculuq işləri geniş vüsət alıb. Yeni infrastruktur layihələri uğurla icra edilir. Yeni avtomobil, dəmir və hava yolları çəkilir. Bu yollar bizi azad Qarabağa, azad Şərqi Zəngəzura aparır. Ulu öndər Heydər Əliyevin müəllifi olduğu, Prezident İlham Əliyevin uğurla həyata keçirdiyi neft strategiyası qarşıdakı illərdə Azərbaycana daha böyük uğurlar bəxş edəcəyi,“Əsrin müqaviləsi”nin tarixi Zəfərimizə gedən yolun başlanğıcıdır.
Daha sonra çıxış edən 15 saylı Regional Xəzinədarlıq İdarəsinin rəisi Ceyhun İbişov, Yevlax Rayon Səhiyyə Həmkarlar Şurasının sədri Nurlana Məmmədova, Mingəçevir Dövlət Universitetinin müəllimi,doktorant, gənc fəal Əlirza Abdullayev Ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə imzalanmış “Əsrin müqaviləsi”-nin Respublikamızın salnaməsinə yeni neft strategiyasının şanlı səhifəsi kimi yazıldığını, bu müqavilənin həm karbohidrogen ehtiyatlarının miqdarına, həm də qoyulan sərmayələrin həcminə görə dünyada bağlanan ən iri sazişlər siyahısına daxil olduğunu, milli sərvətlərimizdən müstəqil dövlətimizin və xalqımızın rifahı naminə istifadə olunması, bu məqsədlə xarici investisiyaların cəlb olunması üçün cəsarətli siyasi addımlar atıldığını bildirmişlər.
Keçidlər