Şriftin ölçüsü :

Saytın rəngi :

Yevlaxda erkən nikahın yaratdığı mənfi sosial və psixoloji təsirlər, insan alverinin doğurduğu təhlükələr,uşaqların hüquqlarının qorunması istiqamətində maarifləndirici tədbir keçirilib

19 may 2026 | 17:49
Yevlaxda erkən nikahın yaratdığı mənfi sosial və psixoloji təsirlər, insan alverinin doğurduğu təhlükələr,uşaqların hüquqlarının qorunması istiqamətində maarifləndirici tədbir keçirilib
Yevlax Şəhər İcra Hakimiyyəti Başçısı Aparatının Uşaq hüquqlarının müdafiəsi üzrə Komissiyası tərəfindən Yevlax şəhər 1 nömrəli tam orta ümumtəhsil məktəbində “Yetkinlik yaşına çatmayanlar arasında erkən nikaha məcburetmənin və insan alveri qurbanı olmanın qarşısının alınması” mövzusunda maarifləndirici tədbir keçirilib.
Tədbirin məqsədi məktəblilər arasında erkən nikahın fəsadları, insan alverinin yaratdığı təhlükələr, uşaqların hüquqlarının qorunması və sağlam gələcəyin formalaşdırılması istiqamətində maarifləndirmə işinin aparılması olub.
Tədbirdə Yevlax Şəhər İcra Hakimiyyəti Başçısı aparatında Uşaq hüquqlarının müdafiəsi üzrə komissiyanın məsul katibi Elnarə Məmmədova çıxış edərək bildirib ki, erkən nikah halları yeniyetmələrin təhsil hüququnun pozulmasına, onların fiziki və psixoloji inkişafına mənfi təsir göstərir. O, qeyd edib ki, bu kimi halların qarşısının alınması üçün ailə, məktəb və cəmiyyətin birgə fəaliyyəti mühüm əhəmiyyət daşıyır. Elnarə Məmmədova həmçinin insan alverinin qurbanına çevrilmə riskləri, təhlükəsizlik qaydaları və qanunvericilikdə nəzərdə tutulan məsuliyyət barədə iştirakçılara ətraflı məlumat verib. Daha sonra Yevlax Şəhər İcra Hakimiyyəti Başçısı aparatında Aparıcı məsləhətçi-Uşaq hüquqlarının müdafiəsi üzrə komissiyanın məsləhətçi-psixoloqu Asəf Almədətov çıxış edərək yeniyetmələrin psixoloji inkişaf dövründə düzgün istiqamətləndirilməsinin vacibliyini vurğulayıb. O bildirib ki, erkən nikah uşaqlarda sosial adaptasiya problemləri, psixoloji gərginlik və gələcək həyatlarında müxtəlif çətinliklər yarada bilər.
Tədbirin sonunda şagirdlərə öz hüquqlarını bilməyin, təhlükəli hallarda aidiyyəti qurumlara müraciət etməyin və sağlam həyat tərzinin vacibliyi barədə tövsiyələr verilmiş və onları maraqlandıran suallar cavablandırılmışdır
Keçidlər