Şriftin ölçüsü :

Saytın rəngi :

Yevlaxda əmək yarmarkası təşkil edilib

21 fevral 2024 | 18:39
Yevlaxda əmək yarmarkası təşkil edilib
Yevlaxda Şəhər İcra Hakimiyyətinin dəstəyi ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi tərəfindən əmək yarmarkası təşkil edilib. Mərkəzi Aran Regional Məşğulluq filialı tərəfindən təşkil edilən yarmarkada dövlət və özəl sektordan olan işəgötürənlər, Yevlax Şəhər İcra Hakimiyyətinin, Mərkəzi Aran Regional Məşğulluq filialının nümayəndələri, işsiz və işaxtaran şəxslər iştirak edib. Ümumilikdə aktiv məşğulluq tədbirində rayon üzrə 10 işəgötürən tərəfindən 116 vakansiya təqdim edilib.Yarmarkaya qatılan şəxslərə vakansiyaların tələbləri barədə məlumat verilib, onlarla ilkin müsahibələr aparılıb. Uyğun namizədlərin növbəti mərhələlərə cəlb ediləcəyi bildirilib. Onlar arasında müharibə iştirakçıları və sosial müdafiəyə xüsusi ehtiyacı olan digər şəxslər də var. Bundan başqa aktiv məşğulluq tədbirinə müraciət edən şəxslərə karyera məsləhəti xidməti də göstərilib.
Keçidlər