Yevlaxda əmək yarmarkası keçiriləcək
03 fevral 2025 | 18:42
Yevlaxda əmək yarmarkası keçiriləcək
05 fevral 2025-ci il tarixdə saat 11:00-da Yevlax şəhər 2 nömrəli tam orta məktəbdə Dövlət Məşğulluq Agentliyinin Mərkəzi Aran Regional Məşğulluq filialının dəstəyi ilə əmək yarmarkası keçiriləcək.
Yarmarkada 14 müəssisə tərəfindən 80 vakansiyanın çıxarılması nəzərdə tutulub.
Yarmarkaya gələn namizədlərin şəxsiyyət vəsiqələrini təqdim etmələri mütləqdir. Namizədlərin CV nümunəsi ilə birlikdə gəlmələri arzuolunandır.
Vakansiyalar, iş öhdəlikləri və şərtlər haqqında daha ətraflı məlumat yarmarkada iştirak edən şəxslərə təqdim olunacaq.