Yevlaxda əfv Sərəncamının icrası yerinə yetirilib
26 may 2024 | 08:45
Ədliyyə Nazirliyinin Penitensiar Xidməti Prezident İlham Əliyevin mayın 25-də imzaladığı “Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında” Sərəncamının icrasını Yevlaxda da yerinə yetirib.Sərəncamın icrası Penitensiar Xidmətin tabeliyindəki cəzaçəkmə müəssisələrində və Probasiya Xidmətində həyata keçirilir. Azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş 6 nəfər cəzalarının çəkilməmiş hissəsindən azad olunaraq Yevlax Rayon İcra və Probasiya Şöbəsindən qeydiyyatdan çıxarılıblar.
Azad olunan şəxslər göstərilən humanistliyə görə Möhtərəm Prezidentimiz,Müzəffər Ali Baş Komandanımız cənab İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.