Yevlaxda dövlət‒biznes dialoqu çərçivəsinin qurulması istiqamətində investorlarla işgüzar görüş keçirilmişdir
Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 22 iyul 3378 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının 2022–2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nın Tədbirlər Planının 1.1.6.2. nömrəli tapşırığının (investorların problem və çətinliklərini həll etmək üçün mütəmadi dövlət‒biznes dialoqu çərçivəsinin qurulması) icrası ilə əlaqədar olaraq Yevlax KOB İnkişaf Mərkəzi rayonda fəaliyyət göstərən investorlarla işgüzar görüş keçirilmişdir. Görüşdə İnvestisiya fəaliyyəti sahəsində dövlət siyasətinin məqsədi və əsas istiqamətləri, prioritet investisiya sahələri, investorların hüquqları və vəzifələri, investisiya fəaliyyətinə dövlət tərəfindən verilən təminatlar haqqında geniş məlumat verilmişdir. Görüş qarşılıqlı müzakirə şəraitində keçmiş, investorları maraqlandıran bütün suallar cavablandırılmışdır.






