Şriftin ölçüsü :

Saytın rəngi :

Yevlaxda Dövlət qulluqçularının peşə bayramı günü münasibətilə tədbir keçirildi

23 iyun 2022 | 17:17

Yevlaxda Dövlət qulluqçularının peşə bayramı günü münasibətilə tədbir keçirildi

Yevlax Şəhər İcra Hakimiyyəti tərəfindən Dövlət Qulluqçularının peşə bayramı günü münasibətilə tədbir keçirildi. Tədbir iştirakçıları əvvəlcə Ulu Öndər Heydər Əliyevin şəhərin mərkəzindəki abidəsini ziyarət edib,abidənin önünə gül dəstələri düzərək əziz xatirəsinə öz ehtiramlarını bildirdilər.
Tədbirdə çıxış edən Şəhər İcra Hakimiyyətinin Başçısı Anar Tağıyev dövlət qulluqçularını təbrik etdi və onlara fəaliyyətlərində uğurlar arzuladı. O bildirdi ki, ölkəmizdə bu günki dövlət qulluğu sisteminin inkişafında əldə edilən nəticələr məhz Ümummilli Lider Heydər Əliyevin dövlət idarəçiliyi sahəsində genişmiqyaslı islahatlar proqramının həyata keçirilməsi sayəsində mümkün olmuşdur. Belə ki, 1995-ci ildə Ulu Öndər Heydər Əliyevin sədrliyi ilə hazırlanan Konstitusiya layihəsi həmin il noyabr ayının 12-də ümumxalq səsverməsi yolu ilə qəbul edildi və noyabrın 27-də qüvvəyə mindi. Bununla da müasir dövlət idarəçiliyi və dövlət qulluğu sisteminin yaradılmasının hüquqi özülü qoyulmuş oldu. Şəhər Rəhbəri çıxışını davam etdirərək qeyd etdi ki, Ulu Öndərin uğurlu siyasətini bütün sahələrdə davam etdirəm Möhtərəm Prezidentimiz Cənab İlham Əliyev tapşırığı ilə dövlət qulluğunun idarə olunmasının təkmilləşdirilməsi istiqamətində mühüm işlər həyata keçirildi. Bu məqsədlə Prezident İlham Əliyevin 2005-ci il 19 yanvar tarixli Fərmanı əsasında Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya yaradıldı, dövlət qulluğuna müsabiqə yolu ilə qəbul, dövlət qulluğunda irəli çəkilmə, qulluğa xitam verilməsi kimi qulluqkeçmə texnologiyaları, dövlət qulluğunda etik davranış qaydalarına əməl edilməsi, ona nəzarət mexanizmi və s. məsələlərin həlli hüquqi zəmin üzərinə qaldırıldı.
Ötən illərdə Cənab Prezidentin imzaladığı çoxsaylı fərman və sərəncamlarda dövlət qulluqçularının əməyinin maddi və mənəvi cəhətlərdən stimullaşdırılması sahəsində mühüm tədbirlər həyata keçirilir. Belə ki,dövlət qulluqçularının məvaciblərinin artırılırılması,hər il peşə bayramlarında orden və medallarla təltif olunmaları dövlət qulluqçularına verilən böyük dəyərdir.
Tədbirdə çıxış edən Dövlət qulluqçuları onlara göstərilən diqqət və qayğıya görə Ölkə Rəhbərliyinə minnətdarlıqlarını ifadə etdilər.
Sonda dövlət qulluğunda səmərəli fəaliyyət göstərdiyinə görə bir sıra dövlət qulluqçuları Şəhər İcra Hakimiyyəti tərəfindən Fəxri Fərman və qiymətli hədiyyələrlə təltif edildilər.

Keçidlər