Yevlaxda Dövlət qulluqçularının etik davranış qaydaları mövzusunda təlim keçirildi
Azərbaycan Respublikası Prezidentinin 23 noyabr 2018-ci il tarixli 739 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında dövlət qulluğunun inkişafına dair 2019−2025-ci illər üçün Strategiya”nın icrası üzrə Tədbirlər Planının 8.10.1-ci yarımbəndində dövlət qulluqçularının, xüsusilə də rəhbər vəzifəli və dövlət qulluğuna yeni qəbul olunan şəxslərin etik davranış qaydaları sahəsində bilik və bacarıqlarının inkişaf etdirilməsi məqsədilə mütəmadi olaraq onlar üçün etik davranış qaydaları mövzusunda təlimlərin keçirilməsi nəzərdə tutulmuşdur. Sərəncamın icrası ilə əlaqədar olaraq Yevlax Şəhər İcra Hakimiyyətində Dövlət qulluqçularının etik davranış qaydaları mövzusunda tədbir keçirildi. Təlimdə Yevlax Şəhər İcra Hakimiyyəti Başçısının birinci müavini Xaliq Əliyev, ŞİH-in əməkdaşları, inzibati ərazi dairələri üzrə nümayəndələr iştirak etmişlər.Təlimin gedişində Yevlax Şəhər İcra Hakimiyyəti Başçısının birinci müavini Xaliq Əliyev bildirdi ki, “Dövlət Qulluqçularının etik davranış qaydaları haqqında” Azərbaycan Respublikasının Qanununun əsas məqsədi dövlət orqanlarının və dövlət qulluğunun nüfuzunun artırılmasını, vətəndaşların dövlət orqanlarına və dövlət qulluqçularına etimadın yüksəldilməsidir. Qanunun bütün maddələrində dövlət qulluqçusunun xidməti fəaliyyəti dövründə Vicdanlı davranışı, Peşəkarlıq və fərdi məsuliyyətinin olması, Mədəni davranışı, rəhbərin əmr sərəncam və tapşiriqlarını yerinə yetirməsi, qərəssizlik, korrupsiyaya qarşı mübarizə aparması kimi əsas qaydalar öz əksini tapmışdır. Eyni zamanda qanunda fəaliyyət göstərən dövlət qulluqçularına Dövlət orqanının rəhbərinin nəzarəti və bu qaydaları pozan işçilərə görə məsuliyyətin tətbiq edilməsi imkanlarının olmasını müəyyən edir.Həmçinin bildirdi ki, nümunəvi etik davranışın dövlət qulluqçuları üçün bir norma olaraq, onların fəaliyyətində nəzərə alınmasının ən vacib tələblərdən biridir.Təlimdə o da qeyd edilmişdir ki, dövlət qulluqçularının xidməti davranışlarının müəyyən olunan etik davranış qaydalarına uyğunluğu təhlil edilir, dövlət qulluqçularının hüquqa və hamılıqla qəbul edilmiş etik normalara zidd olan hərəkətlərə yol verməmələri və qərarlar qəbul etməmələri, etik davranış qaydalarının pozulmasının qarşısının alınması üzrə qabaqlayıcı tədbirlər görülür.Təlim zamanı qeyd olundu ki, Dövlət qulluğu sahəsində qanunvericiliyin təkminləşdirilməsi məqsədi ilə 31 may 2007-ci il tarixdə “Dövlət Qulluqçularının etik davranış qaydaları haqqında” Azərbaycan Respublikasının Qanunu qəbul edilmiş, qanunun qüvvəyə minməsi barədə Prezidentin 16 avqust 2007-ci il 614 nömrəli Fərmanı verilmişdir. Qanun 24 maddədən ibarət olmaqla bütövlükdə Dövlət qulluğunda çalışan dövlət qulluqçularının fəaliyyət istiqamətini və bununla bağlı yaranmış məsulliyyətləri özündə əks etdirir. Azərbaycan Respublikası Prezidentinin“ Dövlət Qulluğu haqqında” qanunun, “Dövlət qulluqçqlarının etik davranış qaydaları”nın, bununla bağlı Fərman və Sərəncamlarının tələblərini rəhbər tutaraq rayonun icra strukturlarında, ikili tabeli idarə, müəssisə və təşkilatlarında inzibati vəzifə tutan dövlət qulluqçularının “Dövlət Qulluqçularının etik davranış qaydaları haqqında” Azərbaycan Respublikasının Qanununa daim əməl edilməsi diqqət mərkəzində saxlanılmışdır.Tədbirin sonunda etik davranış qaydaları barədə maraq doğuran məsələlərlə bağlı müzakirələr aparılıb, iştirakçıların sualları cavablandırılıb.






