Yevlaxda dövlət qulluqçuları üçün təlim keçirilmişdir
21 sentyabr 2024 | 13:01
Yevlaxda dövlət qulluqçuları üçün təlim keçirilmişdir
Yevlax Şəhər İcra Hakimiyyətinin dəstəyi ilə Dövlət İmtahan Mərkəzi tərəfindən Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 22 iyul tarixli 3378 nömrəli Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının 2022 – 2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası"nın 1-3-cü fəaliyyət istiqaməti çərçivəsində nəzərdə tutulmuş qrafik üzrə Yevlax rayonunda fəaliyyət göstərən dövlət qulluqçuları üçün təlimlər keçirilmişdir. Dövlət İmtahan Mərkəzinin əməkdaşları Elnur Abbasov, Gündüz Əhmədli, Leyla Süleymanova tərəfindən keçirilən “Təşkilati mədəniyyət və vətəndaşlarla işin təşkili”, “Dövlət qulluğu vəzifələrinin tutulması məqsədilə müsahibənin keçirilmə qaydaları”, “İş yerində rifahın təmin olunması:tükənmə və streslə mübarizə” mövzularında təlimlərdə Şəhər İcra Hakimiyyətinin əməkdaşları ilə yanaşı rayonda müxtəlif sahələrdə çalışan dövlət qulluqçusu iştirak etmişdir. Təlimlərin gedişində iştirakçılara mövzular çərçivəsində məlumat verilmiş, müzakirələr aparılmış, onları maraqlandıran suallar cavablandırılmışdır.