Şriftin ölçüsü :

Saytın rəngi :

Yevlaxda Dövlət Bayrağı günü münasibətilə tədbir keçirilib

09 noyabr 2026 | 15:06
Yevlaxda Dövlət Bayrağı günü münasibətilə tədbir keçirilib
Yevlax Şəhər İcra Hakimiyyətinin, Yevlax rayonu üzrə Təhsil Sektorunun təşkilatçılığı ilə Xaldan kənd kompleks tam orta ümumtəhsil məktəbdə 9 Noyabr-Dövlət Bayrağı günü münasibətilə "Zəfərlə dalğalanan Bayraq" adlı tədbir keçirilib.
Tədbirdə Yevlax Şəhər İcra Hakimiyyətinin başçısının müavini - Ərazi - təşkilat və ictimai - siyasi məsələlər şöbəsinin müdiri Elnarə Əzizova,Yevlax rayonu üzrə Təhsil Sektorunun müdiri Namidə Abbasova, Xaldan kənd kompleks tam orta ümumtəhsil məktəbin direktoru Günel Yusifzadə, məktəbin kollektivi,şagirdləri, digər məktəb direktorları iştirak ediblər.
Əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilmişdir. Daha sonra müasir, müstəqil Azərbaycanın qurucusu Ümummilli lider Heydər Əliyevin, Azərbaycanın müstəqilliyi, suverenliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə çıxış edənlər Dövlət Bayrağının tarixindən onun əhəmiyyətindən danışaraq belə tədbirlərin şagirdlərdə milli kimliyə, dövlətçiliyə və vətənpərvərliyə dərin sevgi aşıladığını qeyd ediblər.
Tədbirin bədii hissəsində şagirdlərin ifasında Bayraq Gününün mahiyyətini,Vətən sevgisini əks etdirən şeir və musiqi nömrələri nümayiş etdirilib.
Keçidlər