Şriftin ölçüsü :

Saytın rəngi :

Yevlaxda dəyirmi masa keçirilmişdir

24 iyun 2023 | 16:22
Yevlaxda dəyirmi masa keçirilmişdir
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi yanında fəaliyyət göstərən Uşaq Səfirlər Məclisi layihəsi əsasında “Heydər Əliyev ili” çərçivəsində Yevlax Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə “Mən fəxr edirəm ki, Azərbaycanlıyam!” adlı dəyirmi masa keçirilmişdir. Dəyirmi masada Yevlax Şəhər İcra Hakimiyyəti Başçısı aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin əməkdaşları Nərmin Fərzəliyeva və Samir Sadıqov və ŞİHB Aparatında Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın məsul katibi Elnarə Məmmədova, Uşaq Səfirlər Məclisinin Yevlax üzrə nümayəndəsi Əli Teymurzadə və müxtəlif müsabiqələrdə qalib olmuş bir qrup şagird iştirak etmişdir.
Dəyirmi masada Yevlax Şəhər İcra Hakimiyyəti Başçısı aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Nərmin Fərzəliyeva çıxış edərək əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan dövlət uşaq siyasətinin ölkəmizdə Möhtərəm Prezidentimiz, Müzəffər Ali Baş Komandan İlham Əliyev tərəfindən uğurla davam etdirilməsindən, uşaqların rahat yaşaması, təhsil alması, öz potensiallarını gerçəkləşdirmələri üçün yaradılan şəraitdən geniş bəhs etdi.
Daha sonra Uşaq Səfirlər Məclisinin Yevlax üzrə nümayəndəsinin “Ulu Öndər Heydər Əliyev uşaqların gözü ilə” adlı çıxışı dinlənildi. Uşaq hüquqlarının qorunması, uşaqların fikirlərinin dəyərləndirilməsi, sərbəst peşə seçimi imkanlarının yaradılması, uşaqların zərərli vərdişlərdən qorunması mövzularında maraqlı fikir mübadiləsi və müzakirələr aparıldı.
 
 
 
 
Keçidlər