Yevlaxda dəyirmi masa keçirilmişdir
27 noyabr 2023 | 13:54
Yevlaxda dəyirmi masa keçirilmişdir
Yevlax Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə Qadın zorakılığına qarşı beynəlxalq mübarizə gününə həsr edilmiş dəyirmi masa keçirilmişdir. Dəyirmi masada Yevlax Şəhər İcra Hakimiyyətinin Başçısının müavini-İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Elnarə Əzizova, təhsil, mədəniyyət işçiləri və ictimaiyyət nümayəndələri iştirak etmişlər.
Tədbirdə Yevlax Şəhər İcra Hakimiyyəti Başçısının müavini- İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Elnarə Əzizova ailə və cəmiyyətin ictimai həyatında qadınların rolundan danışdı. Bildirdi ki, BMT Baş Məclisi 1999-cu ildə noyabrın 25-ni Qadın Zorakılığına qarşı Beynəlxalq Mübarizə Günü elan edib. BMT hökumətlərə, beynəlxalq təşkilatlara, qeyri-hökumət təşkilatlarına həmin gün ictimaiyyətin diqqətini bu problemə yönəldən tədbirlər keçirməyi təklif edib. Həmçinin qeyd etdi ki, Azərbaycanda insan hüquqları xüsusilə də qadın hüquqlarının müdafiəsi istiqamətində sistemli siyasət həyata keçirilir. Bu qanunvericilikdə öz əksini tapıb. Cəmiyyət özü də bu sahədə fəallıq göstərməli, zorakılıq hallarının baş verməməsi üçün səylərini birləşdirməlidir.
Sonra tədbirdə qadın zorakılığına qarşı mübarizə günü ilə bağlı çıxışlar oldu. Mövzu ətarfında fikir mübadiləsi aparıldı.