Şriftin ölçüsü :

Saytın rəngi :

Yevlaxda dənli və texniki bitkilərin yığılması mövsümündə yanğın təhlükəsizliyinin təmin edilməsi ilə bağlı iclas keçirilib

12 iyun 2026 | 10:51
Yevlaxda dənli və texniki bitkilərin yığılması mövsümündə yanğın təhlükəsizliyinin təmin edilməsi ilə bağlı iclas keçirilib
Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidmətinin müraciətinə uyğun olaraq, Yevlax Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə dənli və texniki bitkilərin yığılması mövsümündə yanğın təhlükəsizliyinin təmin edilməsinə həsr olunmuş iclas keçirilib.
İclasda Yevlax Şəhər İcra Hakimiyyəti Başçısının birinci müavini Xaliq Əliyev, Fövqəladə Hallar Nazirliyinin yerli qurumlarının, Yevlax rayon Polis Şöbəsinin nümayəndələri, Yevlax Dövlət Aqrar İnkişaf Mərkəzinin rəhbərliyi, İnzibati ərazi dairəsi üzrə nümayəndələr, bələdiyyə sədrləri iştirak ediblər.
İclasda hər il dənli və texniki bitkilərin yığılması mövsümündə qabaqlayıcı tədbirlərin görülməsinə baxmayaraq, yenə də yanğın hadisələri baş verir. Belə yanğınlar nəinki taxıl sahələrinin, həmçinin kənd təsərrüfatı texnikalarının, meşə zolaqlarının və fermaların məhvinə səbəb olur. Bu isə şəxsi təsərrüfatlara külli miqdarda maddi ziyan vurur.
İclasda biçin ərəfəsində və məhsul yığımı dövründə yanğın riskini minimuma endirmək üçün profilaktik tədbirlərin görülməsi, biçinə cəlb olunacaq bütün kombayn və traktorların ilkin yanğınsöndürmə vasitələri ilə təmin edilməsi, taxıl zəmilərinin yol kənarlarından və meşə zolaqlarından şumlanma yolu ilə ayrılması kimi məslələr müzakirə olunub və müvafiq tapşırıqlar verilib.
Keçidlər