Yevlaxda “Dəmir yumruq yerindədir” adlı tədbir keçirilib
Yevlaxda “Dəmir yumruq yerindədir” adlı tədbir keçirilib
Müdafiə Nazirliyinin təşkilatçılığı və Yevlax Şəhər İcra Hakimiyyətinin dəstəyi ilə “Dəmir yumruq yerindədir” adlı tədbir keçirilib.Tədbirdə Yevlax Şəhər İcra Hakimiyyətinin Başçısının müavini Elnarə Əzizova, Zəfər paradının aparıcısı, Əməkdar incəsənət xadimi,Prezidentin fərdi təqaüdçüsü polkovnik Abdulla Qurbani, ŞİHB-aparatının Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Xaliq Əliyev, YAP Yevlax rayon təşkilatının sədri Rafiq Əliyev, Gənclər və İdman İdarəsinin, “Yevlax Gənclər evi Sosial Xidmət Müəssisəsi”nin, Gənclərin İnkişaf və Karyera Mərkəzinin Yevlax nümayəndəliyinin rəhbər şəxsləri və əməkdaşları, Şəhid ailələri, qazilər, veteranlar, təhsil, mədəniyyət işçiləri iştirak ediblər.
Tədbir çərçivəsində Vətən müharibəsi şəhidi, mayor Toğrul Bərxudarovun doğum günü qeyd edilib. Əvvəlcə tədbir iştirakçıları Şəhidlər xiyabanında şəhidin məzarı ziyarət edib,önünə gül dəstələri düzərək, əziz xatirəsinə dərin ehtiramlarını bildiriblər. Şəhidin şərəfli döyüş və həyat yolundan söhbət açılarkən qeyd edilib ki, Toğrul Bərxudarov 1987-ci ilin iyunun 30-da anadan olub. Azərbaycan Ordusunun zabiti olan mayor Toğrul Bərxudarov Heydər Əliyev adına Ali Hərbi Məktəbi bitirmiş, taqım komandiri, bölük komandiri və sonra motoatıcı taborun qərargah rəisi-tabor komandirinin müavini vəzifələrində xidmət etmişdir. Bütün amalı Vətənin azadlığı olan mayor Toğrul Bərxudarov 2020-ci il sentyabrın 27-də başlanan Vətən müharibəsi zamanı Tərtər-Ağdərə istiqamətində gedən döyüşlərdə qəhrəmancasına vuruşaraq Müqəddəs Şəhidlik zirvəsinə ucalıb. Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan Cənab İlham Əliyevin Sərəncamlarına əsasən ölümündən sonra "Vətən uğrunda" "Suqovuşanın azad olunmasına görə" "Hərbi xidmətlərə görə" medalı ilə təltif edilib. Azərbaycan Respublikasının Prezidentinin 05.11.2021-ci il tarixli Sərəncamı ilə 3-cü dərəcəli “Rəşadət” ordeni ilə təltif olunmuşdur.
Şəhid Toğrul Bərxudarovun bitirdiyi Şəhər 9 saylı tam orta məktəbin, həmçinin Aşağı Qarxun kənd tam orta məktəbinin şagirdlərinin təqdimatında vətənpərəvərlik mövzusunda şerlər səsləndirilib, bədii-kompozisiya nümayiş etdirilib.
Daha sonra tədbir B.Səfəroğlu adına Xalq Tetarında davam edib.Tədbirdə çıxış edən edən Şəhər İcra Hakimiyyətinin Başçısının müavini Elnarə Əzizova, YAP Yevlax rayon təşkilatının sədri Rafiq Əliyev, Şəhər İcra Hakimiyyəti Başçısı aparatının Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Xaliq Əliyev qeyd etdilkər ki, gələcək nəsillər tarixin gedişini dəyişən 44 günlük Vətən müharibəsinin mənzərəsini obyektiv, müfəssəl öyrənməli və düzgün nəticə çıxarmalıdır. Bu tarixin yazılmasında Ali Baş Komandan başda olmaqla “Dəmir yumruq” əməliyyatının iştirakçıları olan Azərbaycan Ordusunun rəşadətləri və xatirələri xüsusi önəm daşıyır.
Görüşdə çıxış edən Müdafiə Nazirliyinin əməkdaşı, Prezident təqaüdçüsü, Mədəniyyət və İncəsənət xadimi, polkovnik Abdulla Qurbani bildirdi ki, Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandanımız İlham Əliyev Ata vəsiyyətinə həmişə sadiqdir və Ulu öndərlə başlanan Zəfər yolunu inamla, qətiyyətlə, “Dəmir Yumruq” gücü ilə qət etməklə və peşəkarlıqla rəhbərlik etdiyi Müzəffər Azərbaycan Ordusunun rəşadəti nəticəsində 44 günlük Vətən müharibəsində ən böyük Qələbənin, böyük Zəfərin sevincini xalqımıza yaşatdı.
Abdulla Qurbani müəllifi olduğu “Böyük Gələcəyə Baxış” və “Vətən müharibəsi şəhidləri” adlı kitablarla bağlı məlumat verib. Bildirib ki, kitablarda Ulu Öndərin Ordu quruculuğu sahəsindəki müdrik siyasəti və həmin siyasəti uğurla davam etdirən Prezident, ali rəhbərimiz Cənab İlham Əliyevin peşəkar fəaliyyəti,həmçinin Azərbaycan Ordusunda xidmət etmiş qəhrəman oğulların Vətənə sədaqətli xidmətlərinə həsr olunan qısa, lakin şərəfli həyat və döyüş yolları işıqlandırılıb. Abdulla Qurbani kitabları şəhid ailələrinə təqdim etdi.
Şəhid Toğrul Bərxudarovun eləcə də tədbirdə iştirak edən digər şəhidlərin ailə üzvləri çıxış edərək bildirdilər ki, onların övladları cismən olmasa da Xalqımızın qəlbində əbədi yaşayacaqlar nə qədər Xalqımız var onların övladları da var olacaq.
Övladlarının həmişə əziz tutulmasına, onlara göstərilən qayğıya, qaldırdıqları məsələlərə həssaslıqla yanaşılmasına görə Möhtərəm Prezidentimiz, Müzəffər Ali Baş Komandan Cənab İlham Əliyevə, Birinci Vitse Prezident hörmətli Mehriban xanım Əliyevaya minnətdarlıqlarını ifadə etdilər.