Şriftin ölçüsü :

Saytın rəngi :

Yevlaxda daha bir küçə təmir olunur

29 oktyabr 2023 | 14:25
Yevlaxda aparılan abadlıq işləri çərçivəsində yol-nəqliyyat infrastrukturunun təkmilləşdirilməsi məqsədi ilə şəhər ərazisində işlər davam etdirilir. Yevlax Şəhər İcra Hakimiyyəti tərəfindən hazırda növbəti küçəyə, uzunluğu 400 metr, eni 7,5 metr olan Xəqani küçəsində asfalt örtüyü salınır. Adıçəkilən əraziyə texnika və canlı qüvvə cəlb olunub. Eyni zamanda küçənin qəzalı vəziyyətdə olan kanalizasiya xətlərinin təmir edilərək yenidən qurulması və mövcud çatışmazlıqların aradan qaldırılması üçün işlər həyata keçirilir.
Qeyd edək ki, Yevlax şəhərində sakinlərin rahat hərəkətinin təmin edilməsi üçün küçələrdə asfaltsız yolların yenidən qurulması və abadlaşdırılması mərhələli şəkildə davam etdiriləcəkdir.
Keçidlər