Şriftin ölçüsü :

Saytın rəngi :

Yevlaxda daha bir küçə abadlaşdırılıb

12 oktyabr 2022 | 20:33

Yevlaxda daha bir küçə abadlaşdırılıb

Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin tapşırıq və tövsiyyələrinə uyğun olaraq ölkənin bütün regionlarında olduğu kimi Yevlaxda da abadlıq qurucluq işləri davam etdirilir. Belə ki, şəhərin küçə və prospektləri təmir edilir və  asfatlanır, bardürlər düzülür, kənd yolları yenidən qurulur, yolların kənarlarına həmişəyaşıl kollar əkilir, sakinlər asudə vaxtlarının xoş keçirmələri üçün yeni parklar salınır, çoxmənzilli  yaşayış binalarının həyətləri abadlaşdırılır. 

Görülən işlər çərçivəsində Molla Vəli Vidadi küçəsində əsaslı təmir işləri həyata keçirilib.İndiyədək bu küçədə heç bir əsaslı təmir aparılmaması səbəbindən küçənin hərəkət hissəsində deformasiyalar əmələ gəlmiş, nəticədə sakinlərin və nəqliyyat vasitələrinin hərəkətində çətinliklər yaranırdı. Yevlax Şəhər İcra Hakimiyyəti tərəfindən küçədə əsalı təmir işləri həyata keçirilib, küçə asfaltlanıb. Uzunluğu 1200 metr olan 2 hərəkət zolaqlı küçəyə 2 qatdan ibarət 17 min kv metr yeni asfalt örtüyü salınıb, yol kənarına 2700 p/m uzunluğunda yeni səki daşları düzülüb. Vətəndaşların yol kənarı ilə rahat və təhlükəsiz hərəkətini təmin etmək məqsədi ilə mövcud piyada səkiləri bərpa olunub, zəruri yerlərdə yeniləri inşa edilib. Piyada səkilərinə 2500 kvadratmetr asfalt örtüyü vurulub.

Yevlaxda abadlıq-quruculuq işləri davam etdirilir.

Keçidlər