Şriftin ölçüsü :

Saytın rəngi :

Yevlaxda Çernobıl qəzasının qırxıncı ildönümü münasibətilə tədbir keçirilib

25 aprel 2026 | 14:33
Yevlaxda Çernobıl qəzasının qırxıncı ildönümü münasibətilə tədbir keçirilib
Yevlax Şəhər İcra Hakimiyyəti tərəfindən “Çernobıl qurbanlarını hörmətlə anırıq” adlı tədbir keçirilmişdir. Tədbirdə Yevlax Şəhər İcra Hakimiyyəti Başçısının birinci müavini Xaliq Əliyev, Başçının müavini-Ərazi-təşkilat və ictimai-siyasi məsələlər şöbəsinin müdiri Elnarə Əzizova, həmin şöbənin müdir müavini, Müharibə iştirakçıları və şəhid ailələri ilə işin təşkili sektorunun müdiri Vasif İsayev və Çernobıl əlilləri iştirak edib.
Xalqımızın Ümummilli Lideri Heydər Əliyevin, ölkəmizin ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş şəhidlərimizin və Çernobıl qurbanlarının xatirəsi ehtiramla yad edilib.
Tədbirdə çıxış edən Yevlax Şəhər İcra Hakimiyyəti Başçısının birinci müavini Xaliq Əliyev bildirdi ki, Ölkəmizdə Çernobıl əlillərinə münasibət heç də birmənalı olmayıb. Belə ki, 1993-cü ilədək bu kateqoriyadan olan insanların sağlamlığı ilə bağlı problemlər respublika rəhbərliyi tərəfindən gizli saxlanılır, onlara biganə münasibət göstərilirdi.1993-cü ildə Ümummilli Lider Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra Çernobıl əlillərinə olan münasibət kökündən dəyişmiş, onlar hərtərəfli dövlət qayğısı ilə əhatə olunmuşlar. Çernobıl əlillərinin hüquqlarının qorunması, onların səhhətinə dəymiş olan ziyanın araşdırılması, qiymətin verilməsi, ziyanın dəyərinin ödənilməsi Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu sosial siyasətin tərkib hissəsi idi. Ulu Öndərin təşəbbüsü ilə 1993-cü ilin dekabrında “Çernobıl qəzasının ləğvində iştirak etmiş və həmin qəza nəticəsində zərər çəkmiş vətəndaşların statusu və sosial müdafiəsi haqqında” Qanun qəbul edildi. Bu Qanunun qəbulu ilə Çernobıl əlilləri ömürlük əlillik dərəcəsi aldılar. Onlara əlavə güzəştlərin, kompensasiyanın, pensiya müavinətlərinin, tibbi-sosial problemlərinin həlli, ehtiyacı olanlara mənzillərin verilməsi və digər məsələlər Çernobıl əlillərinin sosial hüquqlarının qorunması istiqamətində çox mühüm rol oynadı.
Çernobıl qəzası zamanı zərər çəkən şəxslərə diqqət və qayğı göstərilməsi sahəsində görülən işlər Möhtərəm Prezidentimiz, Müzəffər Ali Baş Komandanımız cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Çernobıl əlillərinin problemlərinin həlli, sosial məişət və mənzil şəraitlərinin yaxşılaşdırılması istiqamətində tədbirlər görülür.
Çıxış edən Çernobıl əlilləri onlara göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə, xüsusilə də Möhtərəm Prezidentimiz, Müzəffər Ali Baş Komandanımız cənab İlham Əliyevə və Birinci vitse-prezident hörmətli Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.
Keçidlər