Şriftin ölçüsü :

Saytın rəngi :

Yevlaxda “Çempion ailələr” layihəsi çərçivəsində intellektual yarış keçirilib

04 iyul 2026 | 13:46
Yevlaxda “Çempion ailələr” layihəsi çərçivəsində intellektual yarış keçirilib
Yevlax Şəhər İcra Hakimiyyətinin dəstəyi, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və “Regional İnkişaf” İctimai Birliyinin birgə təşkilatçılığı ilə reallaşan “Çempion ailələr” layihəsi çərçivəsində növbəti intellektual yarış keçirilib.
“Fibonacci” intellektual oyunu formatında təşkil olunan yarışın əsas məqsədi ailələr arasında komanda ruhunu, həmrəyliyi və qarşılıqlı əməkdaşlığı təşviq etmək, eyni zamanda iştirakçıların asudə vaxtlarının səmərəli təşkilinə töhfə vermək olub.
Yarışda Yevlax rayonunu təmsil edən 10 ailə bilik və bacarıqlarını sınayıb. Gərgin və maraqlı mübarizə şəraitində keçən yarışın yekununda İsmayılzadələr ailəsi qalib gəlmişdir. Bilik yarışında Məcidovlar ailəsi 2-ci, Əzimovlar ailəsi 3-cü yeri tutublar. Qaliblər diplom və hədiyyələrlə təltif olunublar.
Keçidlər