Şriftin ölçüsü :

Saytın rəngi :

Yevlaxda “Bizim böyük Qələbəmiz” kitabı paylanıldı

23 iyun 2022 | 08:29

Yevlaxda “Bizim böyük Qələbəmiz” kitabı paylanıldı
Yevlax Şəhər İcra Hakimiyyəti tərəfindən Yevlax məktəblərində şagirdlərə Bakı Şəhər İcra Hakimiyyəti və “Regional İnkişaf” İctimai Birliyi ilə birgə hazırlanan azyaşlı uşaqlar üçün nəzərdə tutulan Vətən müharibəsində qazanılan Zəfərə, müdrik sərkərdəyə həsr edilən “Bizim böyük Qələbəmiz” adlı kitabı paylanılıb.
Bu kitab Ölkə Başçısı, Müzəffər Ali Baş Komandan Cənab İlham Əliyevin dahi sərkərdəlik məharəti sayəsində qazanılan Qələbəmiz barədə uşaqlar üçün nəzərdə tutulan ilk nəşrlərdəndir. Uşaqlarımızın ölkəmizin tarixini öyrənmələri, onlarda Vətənə məhəbbət və vətənpərvərlik tərbiyəsinin möhkəmləndirilməsi baxımından böyük əhəmiyyəti olan bu nəşr yay tətili günlərində uşaqların sevimli kitabı olacaqdır.

Keçidlər