Şriftin ölçüsü :

Saytın rəngi :

Yevlaxda birinci sinifə gedəcək şəhid övladları ilə görüş keçirilib

07 sentyabr 2026 | 11:21
Yevlaxda birinci sinifə gedəcək şəhid övladları ilə görüş keçirilib
Yevlax Şəhər İcra Hakimiyyətinin Başçısı Anar Tağıyev hər il olduğu kimi, bu il də ümumtəhsil məktəblərinin birinci sinfinə gedəcək şəhid övladları və onların ailə üzvləri ilə görüşüb. Şəhər rəhbəri şəhid övladlarını və onların ailə üzvlərini əlamətdar gün münasibətilə təbrik edib, onlara yeni dərs ilində uğurlar arzulayıb.
Şəhər İcra Hakimiyyətinin Başçısı çıxışı zamanı Prezident, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev və Birinci vitse-prezident hörmətli Mehriban xanım Əliyeva tərəfindən Vətənimizin azadlığı uğrunda canlarından keçmiş şəhidlərin ailə üzvlərinə, sağlamlıqlarını itirmiş qazilərə və müharibə iştirakçılarına göstərilən diqqət və qayğıdan, onların sosial müdafiəsinin gücləndirilməsi istiqamətində həyata keçirilən tədbirlərdən söz açıb, şəhidlərimizin xalqımıza əmanət olan övladlarının qayğısız böyümələri və layiqli təhsil almaları üçün görülən işlərdən geniş bəhs edib. Şəhid ailələrinin üzvləri çıxışlarında onlara göstərilən diqqət və qayğıya görə Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevə və Birinci vitse-prezident hörmətli Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.
Yevlax Şəhər İcra Hakimiyyəti tərəfindən bu il birinci sinfə gedəcək şəhid övladlarına məktəb ləvazimatları təqdim olunub və xatirə şəkli çəkdirilib.
Keçidlər