Şriftin ölçüsü :

Saytın rəngi :

Yevlaxda bir qrup mətbuat nümayəndələri ilə görüş keçirilib

22 iyul 2025 | 10:36
Yevlaxda bir qrup mətbuat nümayəndələri ilə görüş keçirilib
Yevlaxda “Konstitusiya və Suverenlik İli” çərçivəsində Milli Mətbuatın yaranmasının 150 illik yubileyi və 22 İyul - Milli Mətbuat Günü münasibətilə bir qrup mətbuat nümayəndələri ilə görüş keçirilib. Görüşdə Yevlax Şəhər İcra Hakimiyyətinin Başçısı Anar Tağıyev və regionda fəaliyyət göstərən mətbuat nümayəndələri iştirak ediblər.
Görüşün əvvəlində Xalqımızın Ümummili Lideri Heydər Əliyev və torpaqlarımızın azadlığı uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi birdəqiqəlik sükutla yad edildi. Sonra Milli Mətbuatın inkişaf tarixini əks etdirən video-çarx nümayiş etdirildi.
Görüşdə çıxış edən Yevlax Şəhər İcra Hakimiyyətinin Başçısı Anar Tağıyev mətbuat nümayəndələrini peşə bayramları münasibətilə təbrik etdi, məsuliyyətli fəaliyyətlərində uğurlar arzuladı. 150 illik çətin, şərəfli yol keçən Azərbaycan Milli Mətbuatının tarixinə nəzərə salaraq kütləvi informasiya vasitələrinin insanların maariflənməsi, milli şüurun formalaşması, xalqımızın azadlıq amallarının gerçəkləşməsi və mənəvi dəyərlərimizin qorunmasına mühüm töhfələr verməsindən, Azərbaycan milli mətbuatı bütün dövrlərdə cəmiyyəti düşündürən problemləri, dövrün mütərəqqi ideyalarını əks etdirdiyindən, xalqımızın maariflənməsində, milli və bəşəri dəyərlərin təbliğində mühüm rol oynadığından söhbət açdı.
Şəhər İcra Hakimiyyətinin Başçısı Ulu Öndərimizin mətbuata və mətbuat nümayəndələrinə göstərdiyi diqqət və qayğının Möhtərəm Prezidentimiz cənab İlham Əliyev tərəfindən davam etdirildiyindən bəhs edərək bildirdi ki, mətbuatın maneəsiz fəaliyyət göstərməsi, onun dünya təcrübəsi ilə zənginləşdirilməsi, xüsusilə kütləvi informasiya vasitələrinin maddi-texniki bazasının yaxşılaşdırılması, o cümlədən peşəkar səviyyələrinin yüksəldilməsi və jurnalistlərin hüquqlarının müdafiəsi üçün dövlətimiz tərəfindən lazım olan bütün addımlar atılıb.
“Xalq qəzeti” nin bölgə müxbiri İlqar Həsənov, “Azərbaycan” qəzetinin bölgə müxbiri Lazım Quliyev, “Respublika” qəzetinin bölgə müxbiri Zabit Xəlilov, “Dialoq.az” xəbər saytının rəhbəri Natiq Əliyev, İTV-nin Qarabağ müxbiri Şöhrət Eyvazov, ELTV-nin Baş direktorunun yaradıcılıq işləri üzrə müavini Rəna İbrahimova çıxış edərək Azərbaycan mətbuatının yüksək dövlət dəstəyi və qayğısı ilə əhatə olunmasından, bu istiqamətdə ardıcıl və məqsədyönlü islahatların həyata keçirilməsi nəticəsində mühüm nailiyyətlərin əldə olunmasınından, Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra mətbuat sahəsində qazanılan uğurlardan danışdılar, mətbuat nümayəndələrinə göstərilən diqqət və qayğıya görə Möhtərəm Prezidentimiz cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildirdilər.
Sonda Milli Mətbuat Günü münasibətilə mətbuat nümayəndələrinə Yevlax Şəhər İcra Hakimiyyətinin Fəxri Fərmanları və hədiyyələri təqdim olunmuşdur.
Keçidlər