Şriftin ölçüsü :

Saytın rəngi :

Yevlaxda Beynəlxalq Əlillər Günü münasibətilə tədbir keçirilmişdir

03 dekabr 2025 | 13:42
Yevlax Şəhər İcra Hakimiyyətinin və Yevlax Reabilitasiya Mərkəzinin birgə təşkilatçılığı ilə keçirilən tədbirdə Yevlax Şəhər İcra Hakimiyyəti Başçısının müavini-İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Elnarə Əzizova, Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin Yevlax Reabilitasiya Mərkəzinin direktoru Habil Vəliyev, 44 günlük Vətən müharibəsi əlilləri, Yevlax Reabilitasiya Mərkəzində müalicə alan fiziki sağlamlığı məhdud şəxslər, aidiyyəti idarə, müəssisələrin əməkdaşları və mədəniyyət işçiləri iştirak etmişlər.
Yevlax Şəhər İcra Hakimiyyəti Başçısının müavini-İctimai siyasi və humanitar məsələlər şöbəsinin müdiri Elnarə Əzizova çıxışında qeyd etmişdir ki, 3 Dekabr - Beynəlxalq Əlillər günü Ümummilli Liderimiz Heydər Əliyevin müvafiq sərəncamı ilə 1994-cü ildən etibarən Azərbaycanda da qeyd olunmağa başlamışdır. Əlillər gününün qeyd edilməsində məqsəd həm də insan hüquq və azadlıqlarının müdafiəsinə və əlillərin cəmiyyətin həyatında fəal iştirakına nail olmaqdır. Yoxsulluğun aradan qaldırılması, əhalinin sosial ehtiyaclarının ödənilməsi, imkansız ailələrə, vətəndaşlara daha çox diqqətin ayrılması son illər ölkəmizdə aparılan siyasətin prioritet istiqamətlərindən biridir. E.Əzizova eyni zamanda Möhtərəm Prezidentimiz, Müzəffər Ali Baş Komandanımız cənab İlham Əliyevin və Birinci vitse-prezidentimiz hörmətli Mehriban xanım Əliyevayanın tapşırıqları ilə ölkəmizdə əlillərə göstərilən diqqət və qayğıdan söz açmışdır. Bildirmişdir ki, əlillərin təhsilə, əmək fəaliyyətinə cəlb olunması, sosial rifahının yaxşılaşdırılması istiqamətində dövlətimiz tərəfindən silsilə tədbirlər görülür, bu qəbildən olan insanların sosial rifahının yüksəldilməsi istiqamətində mühüm addımlar atılır.
Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin Yevlax Reabilitasiya Mərkəzinin direktoru Habil Vəliyev rayonda reabilitasiya xidmətləri sahəsində görülən işlər barədə danışmışdır.
Çıxış edən 44 günlük Vətən müharibəsi əlilləri və Yevlax Reabilitasiya Mərkəzində müalicə alan fiziki sağlamlığı məhdud şəxslər onlara göstərilən onlara göstərilən hərtərəfli qayğıya görə Möhtərəm Prezidentimiz, Müzəffər Ali Baş Komandanımız cənab İlham Əliyevə və Birinci vitse-prezidentimiz hörmətli Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildirmişlər.
Sonda Yevlax Şəhər Mədəniyyət Mərkəzinin əməkdaşlarının ifasında rəngarəng musiqilər səsləndirilmişdir.
Keçidlər