Şriftin ölçüsü :

Saytın rəngi :

Yevlaxda bayraq gününə həsr edilmiş tədbir keçirilmişdir

09 noyabr 2022 | 14:51

Yevlaxda bayraq gününə həsr edilmiş tədbir keçirilmişdir

 

Yevlax Şəhər İcra Hakimiyyəti tərəfindən, Yevlax Şəhər Gənclər və İdman İdarəsinin, Mərkəzi Aran Regional Təhsil İdarəsinin Yevlax şəhər Təhsil sektorunun, “Yevlax Gənclər Evi” Sosial Xidmət Müəssisəsinin, Gənclərin İnkişaf və Karyera Mərkəzinin Yevlax nümayəndəliyinin təşkilatçılığı ilə 9 Noyabr bayraq gününə həsr edilmiş tədbir keçirilmişdir. 

Tədbirdə Yevlax Şəhər İcra Hakimiyyəti Başçısının müavini-İctimai siyasi və humanitar məsələlər şöbəsinin müdiri Elnarə Əzizova, YAP Yevlax rayon təşkilatının sədri Rafiq Əliyev və digər qurumların rəhbərləri, bədii yaradıcılıq kollektivləri, şəhər sakinləri  iştirak etmişlər.

Tədbir çərçivəsində Yevlax Uşaq Gənclər İnkişaf Mərkəzinin gənc istedadları əl işləri, məktəblilər və yaradıcılıq evlərinin kollektivləri isə ədəbi-bədii kompozisiya nümayiş etdirmişlər.

Tədbir zamanı nümayiş etdirilən əl işləri, musiqi nömrələri, rəqslər və ədəbi-bədii kompozisiya tamaşaçılarda xoş əhval ruhiyyə bəxş etmişdir.

Keçidlər