Yevlaxda baramaçılıqla bağlı iclas keçirilib
30 aprel 2026 | 18:01
Yevlaxda baramaçılıqla bağlı iclas keçirilib
Yevlax Şəhər İcra Hakimiyyətində keçirilən iclasda Yevlax Şəhər İcra Hakimiyyəti Başçısının birinci müavini Xaliq Əliyev, Yevlax DAİM-nin rəhbərliyi, İnzibati Ərazi Dairəsi üzrə Nümayəndələr, Bələdiyyə sədrləri və qabaqçıl kümçülələr iştirak etmişlər.
Yevlax Şəhər İcra Hakimiyyətinin Başçısının birinci müavini Xaliq Əliyev çıxış edərək bildirmişdir ki, Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin müvafiq Sərəncamı ilə təsdiqlənmiş “Azərbaycan Respublikasında baramaçılığın və ipəkçiliyin inkişafına dair 2018-2025-ci illər üçün Dövlət Proqramı” çərçivəsində ölkəmizdə baramaçılığın inkişaf etdirilməsi ilə bağlı həyata keçirilən tədbirlər öz bəhrəsini verir. Həmçinin bildirib ki, son illərdə respublikamızda baramaçılığın inkişafına dair dövlət başçısı tərəfindən verilən tapşırıqlar, qəbul olunmuş qərarlar Yevlax rayonunda baramaçılığın dirçəlməsinə böyük təkan verib. Daha sonra baramaçılıqla işlərin davamlı təşkili, kümxanaların təlimata uyğun olaraq hazırlanması, çəkil bağlarına qulluq işləri və fermerlərin maarifləndirilməsi istiqamətində görülən işlər barədə fikir mübadiləsi aparılıb.
İclasda çıxış edənlər ölkəmizdə kənd təsərrüfatının müxtəlif sahələrinin inkişafına göstərilən diqqət və qayğıya görə ölkə Möhtərəm Prezidentimiz, Müzəffər Ali Baş Komandanımız cənab İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.
İclasda baramaçılığın inkişafı ilə bağlı təkliflər səsləndirilib, qaldırılan məsələlər operativ həll edilməsi üçün qeydiyyata alınıb.






