Yevlaxda barama tədarükünə başlanılıb
Möhtərəm Prezidentimiz Cənab İlham Əliyevin müvafiq Sərəncamı ilə təsdiqlənmiş “Azərbaycan Respublikasında baramaçılığın və ipəkçiliyin inkişafına dair 2018-2025-ci illər üçün Dövlət Proqramı” çərçivəsində Ölkəmizdə baramaçılığın inkişaf etdirilməsi ilə bağlı həyata keçirilən tədbirlər öz bəhrəsini verir. Dövlət Proqramında 2025-ci ilə qədər ölkə üzrə yaş barama istehsalının həcminin 6 min tona çatdırılması nəzərdə tutulur. Yevlax rayonunda da baramaçılığın inkişaf etdirilməsi istiqamətində mühüm tədbirlər həyata keçirilib. Mövcud və yeni əkilən tut ağacları, əhalinin baramaçılıq sahəsindəki təcrübəsi, həmçinin qısa müddətdə gəlir əldə edilən sahə olması rayonda baramaçılığın inkişafına marağı artırıb. Bu il isə kümçülərə 230 qutu ipəkqurdu verilib, 9,2 ton barama istehsalı nəzərdə tutulub.
Bu gündən Yevlax kümçüləri 1 aylıq zəhmətlərinin bəhrəsi olan yaş barama tədarükünə başlayıblar. Qəbul məntəqəsində baramanın qəbulu üçün lazimi şərait yaradılıb.
İlk tədarük günündə Yevlax kümçülərinin yetişdirdikləri 827,7 kiloqram məhsul “Azəripək” MMC nümayəndələrinə təhvil verilib.